Bakıkart

Sabahdan Bakı metropoliteni vahid kart-ödəniş sisteminə keçir

273
(Yenilənib 15:44 05.08.2015)
Yeni kartlardan təkcə metroda deyil, avtobuslarda da gediş haqlarının ödənilməsində istifadə etmək mümkün olacaq.

BAKI, 5 avq-Sputnik. Sabahdan “Bakı metropoliteni” QSC vahid kart-ödəniş sisteminə keçir.

Bunu Sputnik-ə açıqlamasında “Bakı metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.

Onun sözlərinə görə,  avqustun 6-da vahid kart sisteminə keçidin təqdimatı olacaq.

Təqdimat mərasimi saat 11:00-da Bakı Metropoliteninin "28 May” stansiyasının ikinci çıxışında keçiriləcək. 

Paşayevin sözlərinə görə, vahid kart-ödəniş sistemindən bütün sərnişindaşıma nəqliyyat vasitələrində istifadə olunacaq. Yəni bu kartlardan təkcə metroda deyil, avtobuslarda da istifadə etmək mümkün olacaq. “Bu kartın tətbiqinə başladığı andan hazırda metropolitində istifadə olunan kartlar tədricən yığışdırılacaq. Ancaq bu nə qədər vaxta yığışdırılacaq, yeni kartın qiyməti neçəyə olacaq, bu detallarla bağlı bütün məlumatlar sabah keçriləcək təqdimat  mərasimində veriləcək.” — deyə Paşayev bildirib.

 

273
Teqlər:
28 may stansiyası, 28 may, Bakıkart, Bakı kart, Bakı metropoliteni QSC, Bakı Metropoliteni, Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti, Nəsimi Paşayev, Azərbaycan, Bakı