IMEI

İyulda 40 mindən artıq mobil cihazın “IMEI” kodu yoxlanılıb

52
(Yenilənib 14:43 04.08.2015)
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mobil cihazlarla bağlı bir elektron xidmətinin növbəti statistikası bəlli olub.

BAKI, 4 avq — Sputnik. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mobil cihazlarla bağlı bir elektron xidmətinin növbəti statistikası bəlli olub.

Ənənəvi olaraq “Elektron hökumət” portalında nazirliyin ən çox istifadə olunan e-xidmətlərindən olan “Mobil cihazların IMEI kodunun yoxlanılması”  xidmətindən iyul ayında vətəndaşlar 40324 dəfə yararlanıb.

Bu xidmətlə mobil cihazların müvafiq standartlara uyğun olub-olmaması barədə məlumat əldə etmək mümkündür. Bunun üçün portalda həmin elektron xidməti seçib, telefonun “IMEI” kodunu müvafiq xanaya daxil edərək yoxla düyməsini seçmək lazım gəlir.

Qeyd edək ki, sözügedən xidmətdən istifadə üçün “Elektron hökumət” portalında autenfikasiyadan keçmək tələb olunmur.

52
Teqlər:
imei kodu, imei kodunun yoxlanılması, smartfonların qeydiyyatı, mobil telefonların qeydiyyatı, Elektron hökümət portalı, Elektron hökümət, imei qeydiyyatı, imei, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Mobil Cihazlarin Qeydiyyat Sistemi, MCQS, Azərbaycan