Mir Mövsüm Ağanın ziyarətgahı

Mir Mövsüm Ağanın ziyarətgahında oğurluq edən şəxslərə hökm oxunub

73
(Yenilənib 16:00 03.08.2015)
Hakim Ramella Allahverdiyanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, Hacı Bədəlov 11 il , Sahib Müzəffərov isə 9 il müddətinə azadlıqdan məhrum edilib.

BAKI, 3 avqust — Sputnik. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Mir Mövsüm Ağanın ziyarətgahında oğurluq edən Sahib Müzəffərov və Cəfər Bədəlovun məhkəməsi yekunlaşıb.

Hakim Ramella Allahverdiyanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, Hacı Bədəlov 11 il, Sahib Müzəffərov isə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, dəstə üzvləri keçən il sentyabrın 23-də Xəzər rayonu, Şüvalan qəsəbəsində oğurluq hadisələri törədiblər. Onlar  Mir Mövsüm Ağa ziyarətgahına gələn maşınların şüşələrini qıraraq oğurluq ediblər. İş üzrə 5 zərərçəkmiş var.

73
Teqlər:
Hakim Ramella Allahverdiya, Mir Mövsüm Ağa ziyarətgahı, Mir Mövsüm Ağanın ziyarətgahı, Bakı Ağır Cinayətlər Məhkəməsi, Cəfər Bədəlov, Sahib Müzəffərov, Azərbaycan