Fəxri Hacıbəy

Biz azərbaycanlılar 203 ildir ki, rus-avropa mədəni mühitinə məxsusuq

635
(Yenilənib 17:20 01.08.2015)
Azərbaycanlılar 1812-ci ildən sonra rus siyasi-hərbi gücünün diktəsi, rus-avropa mədəni təfəkkürünün təsiri, rus-pravoslav vicdanının təzyiqi ilə reformasiya olunmuş bir toplumdur.

Fəxri Hacıbəy

3-cü yazı

BAKI, 30 iyul — Sputnik. Rusiyanın Azərbaycandaxili auditoriyaya mətbu müraciətetmə imkanlarını gözdən keçirməsi, bəzən də müdaxilə kimi qavranılır, yozulur, təqdim edilir. Çünki bunu „sübut“ edəcək külli miqdarda müəmma ortada göz deşir. Bunların üzərindəki qaranlıq pərdə çəkilməyincə, bu müəmmalar əks tərəfin əlində dəlilə çevriləcək. Onlar aydınlaşdırılıb tarixin arxivinə verilməlidir.

Rusiya Azərbaycanda tarixi qapamalı, qrif altında tutmamalıydı, onun oldugu kimi öyrənilməsində maraqlı olmalıydı. 

Bu xalqın tarixi olduğu kimi özünə çatdırılsa, o, bunu bilsə, ondan götürdüyünü götürəcək. Bu xalqın tarix elə inkişaf edib, elə şəkillənib ki, baş verənlərin fonunda münasibət istər-istəməz Rusiyanın xeyrinə olacaq. Yetər ki, o, bu xalqla anlaşmaq istəsin.

Azərbaycan ən azı geostrateji və geopolitik xüsusiyyətinə görə heç vaxt Rusiya amilindən uzaq qaça bilməz. Bu onun indi şəkilləndiyi cari formasiyasından, öz mahiyyətindən qaçması olardı. 

Bu xalq məhz Rusiyanin Qafqazı tutması və ondan sonra yaranan fərqli sosial-siyasi-mədəni təsirdən formalaşmış xalqdır. Bu xalq daha 200 il öncəki xalq deyil. Yeni bir keyfiyyətə keçidin, uygunlaşma prosesinin, mədəni-kültürəl reformasiyanın 200 illik bir zaman məsafəsi var arxasında. Azərbaycanlılar, bu adda bir siyasi-mədəni-sosial kimliyini 1812-ci ildən sonra formalaşdırıb. Bu rus siyasi-hərbi gücünün diktəsi, rus-avropa mədəni təfəkkürünün təsiri, rus-pravoslav vicdanının təzyiqi ilə reformasiya olunmuş bir toplumdur. Bu elə erməniyə də aiddir, gürcüyə də, Orta asiyalıya da… Biz hamımız bir mədəni-kültürəl, sosial-siyasi dairədə toplanmış, formalaşmış insan çoxluğuyuq, geosiyasi vahidlərik.  

Biz azərbaycanlılar, çoxluğu Qafqaz türkləri olmaqla müxtəlif etnik elementlərdən, subyektlərdən formalaşmış bir subsivilizasiyayıq. Biz cənubdan İran, Qərbdən Osmanlı-türk, şərqdən Orta-Asiya-türk dünyasına optimal çıxışı olan, şimalda da Rusiya olmaqla, Rusiyadan da Avropaya əl uzada bilmiş və bunların təsirindən yaranmış, onların keyfiyyətini özündə ehtiva edən, izlərinin qabarıq göründüyü bir mini imperiya, qismən kiçik çapli bir cazibə mərkəziyik. Ətraf bölgələr – İran, Türkiyə, Gürcüstan, (Ermənistandan silinmiş) Rusiya özü, Avropa olmaqla 70 milyon fərdin gözünü dikdiyi sivilizasiyanın ünvanıyıq. Amma biz(lər) bu şəkildə, ancaq bu orbitdə mövcuduq, cəlbediciyik. Buradan çıxıb düşəcəyimiz yeni bir orbitdə və deməli, həm də yeni şərtlər altında biz indiki (kimi) olmayacağıq. Ortaya çıxacaq mahiyyət tamam fərqli olacaq və bu, yaxşımı olacaq ya pismi, bunu bəri başdan demək çətindir.

Biz azərbaycanlılar artıq 203 ildir ki, rus-avropa mədəni mühitinə məxsusuq. Bu mühitdə baş verənlərdən yoğrulmuşuq və indi də burada baş verən siyasi-mədəni olayların ətrafında varıq. Hərdən cazibə mərkəzindən müəyyən məsafədə ola bilərik, onun bizə çatan təsiri azmi-çoxmu ola bilər, amma oradan çıxa bilmədik, elə orada qalası olduq. Çıxdıq, var-gəl elədik amma yenə də oraya meyllənəsi olduq. Bəlkə bacarmadıq, yaxud bəlkə də istəmədik, bəlkə genetik kodumuzdakı varolma şərti bizi ora itələdi, hər nədirsə, bəlli olan odur ki, biz hələ də ordayıq. Zamanla hərdən harasa meylləndik və bu da dərhal bizim „planetimizdə“  „fəsil dəyişikliyi“ kimi, isti-soyuqla hiss olundu və elə indi də o dəyişmiş fəslin soyuq vaxtındayıq. Amma biz ondan kənara çıxmamışıq. İndi istiləşmə zamanıdır, daha soyuq uzun sürən buzlaşma demək olardı. Biz o soyuğun ən şiddətli vaxtını, böyüklü-kiçikli çillələrini yaşamışıq, indi fəsil dəyişməlidir.

Beləcə biz varolma tariximizin müəyyən vaxtlarında onun orbitində, yaxınında-uzagında ola-ola, bu isinib-soyumaqdan, gecə-gündüzlərdən şəkillənərək indiki halımıza qovuşmuşuq. Bəzən əzilib, bəzən cilalanıb, bəzən yonulub formaya salınmışıq, məcburən dəyişib-uyğunlaşmışıq və bu günümüzə gəlib çıxmışıq. Həm ərazi-cografi baxımdan, həm də elə mədəni-kültürəl baxımdan…


P.S. Müəllifin fikri ilə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər 
635
Teqlər:
blogger Fəxri Hacıbəy, Fəxri Hacıbəy
20 Yanvar faciəsinin ildönümü, arxiv şəkli

Müşkül məsələ: emosiyalar sənədli filmlərin "vicdanına" qalıb

0
(Yenilənib 17:01 20.01.2021)
Yaradıcı insanlar deyirlər ki, faciə ilə bağlı kifayət qədər əsərlər yazılsa da, bu mövzu həmişə aktual olaraq qalacaqdır

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 20 yanvar — Sputnik. Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 31 il keçir. 20 Yanvar mövzusu Azərbaycan ədəbiyyatında və incəsənətində necə əks olunub? Biz də elə bu sualla bir sıra ədəbiyyat və incəsənət adamlarına müraciət etdik.

Prezident İlham Əliyev, arxiv şəkli
© Official website of President of Azerbaijan Republic

Bəstəkar, professor Firəngiz Əlizadə mövzu ilə bağlı fikirlərini Sputnik Azərbaycan-la bölüşüb: “Azərbaycan bəstəkarları “Yanvar hadisələri” ilə bağlı irihəcmli əsərlərdən tutmuş mahnıya qədər onlarla əsərlər yaradıblar. Həmin əsərlər dəfələrlə Filarmoniyada, dövlət əhəmiyyətli tədbirlərdə ifa olunub. Bunlardan ən məşhuru Cövdət Hacıyevin "Şəhidlər" simfoniyasıdır. Rauf Abdullayevin dirijorluğu ilə səsləndirilən əsər o qədər möhtəşəmdir ki, insanlar sanki bir anlıq həmin gecəyə qayıdırlar”.

Firəngiz xanım deyir ki, Azər Rzayevin “Bakı 90” əsəri də həmin silsilədəndir. Həmin əsəri də sakit dinləmək qeyri-mümkündür.

“Əsəri dinləyəndə o gecə insanın gözünün önündən lent kimi keçir. Orada düşmənlərimizin şəhərə necə daxil olmasını, insanlarımızı amansızca qətlə yetirməsini aydın hiss edə bilərik. Bundan başqa, Azər Dadaşovun, Tofiq Bakıxanovun, Nəriman Məmmədovun, Məmməd Quliyevin adlarını çəkə bilərəm ki, həmin bəstəkarların həmin dəhşətli gecə ilə bağlı simfonik əsərləri var. Təəssüflə qeyd edim ki, bu əsərlər çox az səsləndirilib", - deyə F.Əlizadə bildirib.

Kinorejissor Tahir Tahiroviçin sözlərinə görə, 20 Yanvar faciəsi Azərbaycan sənədli kinosunda mükəmməl formada əks olunub: ““Azadlığa gedən yollar” filmi Tofiq Məmmədov və Xamis Muradovun rejissorluğu ilə çəkilib. Həmkarlarının sayəsində 20 Yanvar hadisələri kino lentinə köçürülüb. Həmin kino lentlərini toplayıb “Azadlığa gedən yollar” filmi hazırlanıb”.

Bakıda Şəhidlər Xiyabanı, arxiv şəkli
© Sputnik / Мурад Оруджев

Amma bədii filmdə vəziyyət bir o qədər də yaxşı deyil. Rejissorun fikrincə, 20 Yanvar haqqında bədii film müşkül məsələdir.

Bəs bədii ədəbiyyatda 20 Yanvar faciəsi necə əks olunub? Gənc yazar Ayxan Ayvaz deyir ki, 20 Yanvar faciəsi Azərbaycan poeziyasında kifayət qədər işıqlanıb:

“Məsələn, Bəxtiyar Vahabzadənin “Şəhidlər” poeması, Məmməd Aslanın "Ağla, qərənfil ağla", Qabilin "Mərsiyə" şeirləri, Sabir Rüstəmxanlının və digər şairlərin həmin faciə ilə bağlı şeirləri, poemaları var. Amma nəsr barədə eyni sözləri deyə bilmərəm".

"Təəssüf ki, nəsr əsərləri çox az saydadır. 20 Yanvar faciəsinin reallığı ilə bağlı yazılan əsərlər, demək olar ki, yoxdur. Amma bu faciə ilə bağlı publisistik əsərlər var, kitablar dərc olunub. Sırf bədii olaraq, Sabir Əhmədlinin "20 Yanvar" hekayələri adlı kitabı dərc olunub. Bundan əlavə, Səfər Alışarlı "Maestro" romanında 90-cı illərdə Azərbaycanın vəziyyətini bədii şəkildə təsvir edib. Ümumi götürdükdə, həqiqəti bütün reallıqları ilə çatdıran əsəri xatırlamıram".

0
Reza Deqati, arxiv şəkli

Əcnəbilər üçün tarix dərsi: "Maşınların pəncərəsindən gizli şahidlik etdim" - FOTO

7
(Yenilənib 17:01 20.01.2021)
"Şəhər jurnalistlər üçün qapalı idi. Ancaq Moskvadan qatara minərək qırx səkkiz saat orada gizləndim, Bakıya gəldim. Bunun sayəsində bəzən bu üsyan cəhdinin ciddi təzyiqi altında maşınların pəncərəsindən gizli  şahidlik edə bildim"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 20 yanvar — Sputnik. Fransada yaşayan məşhur fotojurnalist Reza Deqati 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib. Sputnik Azərbaycan xəbər verir ki, dünyaca məşhur fotoqraf qanlı gecə haqqında özünün "Facebook" səhifəsində yazıb: "Əfqan sərkərdələri ilə dağlarda döyüşdükdən sonra dünyanın ən böyük ordularından biri təslim oldu. Şərq Blokunun parçalanması başladı - Berlin divarından yıxılacaq ilk beton parçasının simvolizə etdiyi bir proses. 19-cu əsrdən bəri Rusiyanın nəzarətində olan bir ölkədə - Azərbaycanda siyasi ixtişaşlar Kremlə qarşı üsyana çevrildi. Bu cəsarəti cəzalandırmaq üçün rus tankları 19 yanvar 1990-cı ildə gecə Azərbaycanın paytaxtı Bakıya girdi və insanları qətlə yetirdilər".

Məşhur fotoqraf həmin faciə vaxtı Bakıya gəldiyi haqqında da danışıb: "Qırğın yüzlərlə ölü və yaralıya səbəb oldu. Şəhər jurnalistlər üçün qapalı idi. Ancaq Moskvadan qatara minərək qırx səkkiz saat orada gizləndim, Bakıya gəldim. Bunun sayəsində bəzən bu üsyan cəhdinin ciddi təzyiqi altında maşınların pəncərəsindən gizli şahidlik edə bildim".

Deqati qanlı günlərin simvolu olan qərənfil haqqında da danışıb: "Milli çiçək artıq ölkəni təmsil etmək üçün deyil, o lənətə gəlmiş gecə istifadə edildi. Qırmızı qərənfillər indi yalnız cənazə üçün istifadə olunur və müstəqillik uğrunda mübarizə zamanı ölənlərin xatirəsini yad etmək üçün məzar daşlarının üzərinə qoyulur. Ağrılı keçmişin əbədi qalıqları, yerdəki çiçəklər insanları öz tarixi ilə barışığa, nəhayət azadlığa qovuşmağa dəvət edir".

Məşhur fotoqraf həmin gecə ilə bağlı "Məsumların qırğını" (The Massacre of the Innocents) adlı kitab dərc edib. R.Deqati izləyicilərini həmin kitabı oxumağa dəvət edib.

Qeyd edək ki, Reza Deqati 40 ildən çoxdur dünyanı gəzib dolaşır. O, Qarabağda dəfələrlə olub. Otuzdan çox kitabın müəllifidir. Bir sıra beynəlxalq mükafatlar alıb. Missuri Universitetinin "Şərəf" medalına layiq görülüb, Parisin Amerika Universitetinin fəxri doktorudur. Fransa hökuməti onu Milli Cəngavərlik Ordeni ilə təltif edib. Parisdə "Mühacirin düşüncələri", "Kəsişən talelər", Vaşinqtonda "Bir dünya, bir tayfa", Normandiyada "Müharibə+Sülh" və Dohada "Ümid" adlı sərgiləri təşkil olunub. Fotoqraf ümumilikdə 250 sərginin iştirakçısıdır.

7
Teqlər:
fotoqraf, tarix, 20 Yanvar