Bina

Mənzillərin qiymətləri 10 il əvvəlki səviyyəyə enəcək

543
(Yenilənib 16:08 27.07.2015)
Ekspert Nüsrət İbrahimov: Daşınmaz əmlak qiymətləri 2006-2007-ci illərdəki səviyyəyə qədər enəcək.

BAKI, 27 iyul – Sputnik. Daşınmaz əmlak bazarı üzrə ekspert, "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov yaxın 1-2 il ərzində evlərin qiymətinin kəskin surətdə düşəcəyini bildirib.

Bu barədə Sputnik-ə açıqlama verən ekspert, mənzil almaq haqda düşünənləri tələsməməyə çağırıb. O, daşınmaz əmlak qiymətlərinin 2006-2007-ci illərdəki səviyyəyə qədər enəcəyini bildirib. 

“Hazırki qiymətlər reallığı əks etdirmir və bu səbəblə bazarda durğunluq var. Bu da uzun müddət belə davam edə bilməz” — deyə İbrahimov əlavə edib.

Misal üçün demək olar ki, hazırda paytaxt Bakı şəhərinin mərkəzində 1 otaqlı köhnə tikili mənzilin orta qiyməti 60 000 AZN-dir. 2006-cı ildə isə bu qiymət maksimum 30 000 manat səviyyəsində idi. 

Ekspertin dediklərinə əsaslansaq, mənzil bazarındakı qiymətlərin yarı-yarıya enəcəyi gözlənilir. 


543
Teqlər:
Bakıda mənzillərin qiyməti, Bakıda evlərin qiyməti, mənzillərin qiyməti, evlərin qiyməti, MBA Group, Nüsrət İbrahimov, Bakı, Azərbaycan
ABŞ bayrağı, arxiv şəkli

ABŞ-ın Bakıdakı Səfirliyi terror təhlükəsi haqda xəbərdarlıq edib: Bu otellərdən uzaq olun

60
(Yenilənib 22:35 24.10.2020)
Bildirilib ki, səfirlik təhlükəsizliklə bağlı vəziyyəti nəzərdən keçirməyə davam edəcək və ehtiyac olduğu təqdirdə əlavə məlumat verəcək.

BAKI, 24 oktyabr — Sputnik. ABŞ-ın Azərbaycandakı Səfirliyi, "Abşeron J.W. Marriott" kimi otellər də daxil olmaqla, potensial olaraq Bakının digər yerlərində ABŞ vətəndaşlarına və xarici vətəndaşlara qarşı baş verə biləcək terror hücumları və qaçırmalar barədə etibarlı məlumatlar əldə edib.

Sputnik Azərbaycan səfirliyin rəsmi saytına istinad edərək xəbər verir ki, ABŞ vətəndaşlarına amerikalıların və ya əcnəbilərin toplaşa biləcəyi yerlərdə çox ehtiyatla davranmaları tövsiyə olunur.

Xəbərdarlıqda aşağıdakı tədbirlər qeyd edilib:

- Ehtiyatlı və sayıq olun.

- Kütlənin çox olduğu yerlərdən yayının.

- Öz profilinizi büruzə verməyin.

- Ətrafınızdan xəbərdar olun.

- Əcnəbilərin sıx olduğu yerlərdə diqqətli olun.

- Yerli mediayanı diqqətdə saxlayın.

Bildirilib ki, səfirlik təhlükəsizliklə bağlı vəziyyəti nəzərdən keçirməyə davam edəcək və ehtiyac olduğu təqdirdə əlavə məlumat verəcək.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti ölkəmizdə gözlənilən erməni terroru ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.

60

Hikmət Hacıyev: “Ermənilərin hədəfi kənd mülki şəxslər idi”

17
(Yenilənib 21:17 24.10.2020)
Tərtər rayonunun Kəbirli kəndinə raket atılması nəticəsində 2004-cü il təvəllüdlü İsmayılzadə Orxan Rəhbər oğlu həlak olub.

BAKI, 24 oktyabr — Sputnik. “Günün fotosu. Ermənistan tərəfindən atılan raketin zərərsizləşdirilməsi. Kəndə yaxınlaşdı. Hədəf kənd və mülki şəxslər idi. Çox güman ki, gözlənilən trayektoriyadan kənara çıxdı. Ermənistanın müharibə cinayətləri”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün twitter səhifəsində yazıb.

17
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə