BAKI, 24 iyul — Sputnik.İyulun 24-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov Hərbi Dəniz Qüvvələrinin yeni bazasında hərbi gəmilərin və şəxsi heyətin döyüşə hazırlıq səviyyəsini yoxlayıb.
Sputnik Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, hərbi gəmilərin daimi yerləşmə məntəqəsinə gələn Müdafiə naziri və Nazirliyin rəhbərliyi hərbi hissənin qərargahı qarşısında ucaldılmış ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstəsi qoyaraq, öz ehtiramlarını ifadə ediblər.
Komanda məntəqəsinə gələn Müdafiə nazirinə Hərbi Dəniz Qüvvələri komandanı vəzifələrini icra edən 1-ci dərəcəli kapitan Şahin Məmmədov gəmilərin ümumi hazırlığı, Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda əməliyyat şəraiti, Hərbi Dəniz Qüvvələrinin idarə olunmasının həyata keçirilməsi barədə operativ məlumatları məruzə edib.
Müdafiə naziri ən müasir texnologiyalara əsaslanan avadanlıqlarla təmin edilmiş komanda məntəqəsində məlumatların toplanması, təhlili və müvafiq qərar qəbul edilməsi ilə əlaqədar fəaliyyət göstərən dəniz qüvvələrinin komanda heyətilə görüşüb.
Sonra nazir hərbi gəmilərə baxış keçirərək onların taktiki-texniki xüsusiyyətləri, silahlanması, düşmənə qarşı mübarizə vasitələrinin vəziyyəti ilə maraqlanıb. Komanda məntəqələri, təhlükəsizlik, qəza-xilasetmə, maddi-texniki təminat bölmələri, o cümlədən gəmi heyətinin yerləşməsi, qidalanmasının təşkili, vaxta xidmətinin aparılması, həmçinin həyati vacib digər qurğular barədə ətraflı məlumat verilib.
Müdafiə naziri cari ilin avqust ayının 1-dən 15-dək Rusiya Federasiyasının Mahaçqala şəhərinin limanı yaxınlığında keçirilməsi planlaşdırılan “Xəzər Dənizi — 2015” beynəlxalq müsabiqəsində iştirak etməsi nəzərdə tutulan 2 ədəd gözətçi və 1 ədəd xilasedici yedək gəmisində olub. Nazir gəmilərin və heyətin səfərə hazırlığını yoxlayıb, onlara yarışlarda Azərbaycan xalqını, dövlətini, Silahlı Qüvvələri yüksək səviyyədə təmsil edərək uğurlu nəticələr və qələbələr əldə etmələrini arzulayıb.
Döyüş gəmilərinin ümumi vəziyyətini və şəxsi heyətin hazırlığını müsbət qiymətləndirən Müdafiə naziri bütün bu nailiyyətlərin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqəti və qayğısı sayəsində əldə edildiyini xüsusi qeyd edib.
Müdafiə naziri Hərbi Dəniz Qüvvələrinin döyüş hazırlığının daha da artırılması, silahlanmada olan döyüş vasitələrinin yenilənməsi, keyfiyyətinin və gücünün artırılması, o cümlədən gəmi heyətinin sosial-məişət şəraitinin yüksəldilməsi barədə müvafiq göstəriş və tapşırıqlarını verib.
BAKI, 16 yanvar - Sputnik, Kəmalə Əliyeva. Akademik təhsilinin olmamasına rəğmən, on dörd yaşlı Səməd İskəndərli karandaşla unikal əsərlər yaradır. O, daha çox Qarabağ müharibəsinin qəhrəmanlarının portretlərini çəkir. Sputnik Azərbaycan bildirir ki, gənc rəssam üçün hazırda ən böyük çətinlik işləmək üçün şəraitin olmaması və rassam ləvazimatlarının yoxluğudur.
Посмотреть эту публикацию в Instagram
Səməd Yardımlı rayonunun Sırıq kəndində yaşayır. O, rəsmlə uşaqlıqdan maraqlanır. Maliyyə problemlərinə görə ailəsi ona inkişaf etməkdə yardım edə bilmir. Müəllimlə çalışmaq imkanı olmayan Səməd internetdə müxtəlif videoçarxlara baxaraq öyrənir.
Посмотреть эту публикацию в Instagram
"Təəssüf ki, valideynlərim mənə rəssamlıq üçün lazım olanları ala bilmirlər, çünki bu ləvazimatlar çox bahadır. Əvvəl ancaq sadə karandaşla çəkməyə başladım. Sonra mənim xaricdə yaşayan dostum tanışları vasitəsilə mənə rəngli karandaşlar göndərdi, indi də onlardan istifadə edirəm. Onun sayəsində öz üzərimdə daha çox işləmək arzusu yarandı", - Səməd deyir.
Gənc istedad qohumlarını, tanışlarını, müxtəlif filmlərin qəhrəmanlarını çəkir. Son işləri isə Vətən müharibəsinin qəhrəmanlarına həsr olunub. Onun sözlərinə görə, hər dəfə şəhidlərin portretlərini yaradanda böyük məsuliyyət hiss edir və çalışır ki, hər yeni işi öncəkindən daha yaxşı alınsın.
Səməd əmindir ki, gələcəkdə məşhur rəssam olacaq və onun əsərlərini hər kəs tanıyacaq.
BAKI, 16 yanvar — Sputnik. "Ölkəmizdə qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 272 min nəfərdir. Onların 1850-ni uşaqlar təşkil edir".
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev "Virtual Diabet Məktəbi" layihəsi üzrə Anlaşma Memorandumunun imzalanması mərasimində deyib. O bildirib ki, diabetlə əlaqəli fəsadlaşmaların sayının artması universal tibbi təminat baxımından dövlət büdcəsinə ağır maliyyə yükü yaradır:
"İlkin profilaktik tədbirləri və əhali arasında maarifləndirməni gücləndirməklə xəstəliklə bağlı xərcləri əhəmiyyətli dərəcədə azaltmaq olar. Bu baxımdan Anlaşma Memorandumu mənfi tendensiyanı müsbətə doğru çevirməkdə yeni imkanlar açır".
Agentliyin İdarə Heyətinin sədri deyib ki, hər il dünyada ölümlərin 11.3%-i şəkərli diabetlə bağlı olur.