“İstisu” Müalicəvi İstirahət mərkəzində ciddi nöqsanlar aşkar edilib

26
(Yenilənib 13:20 24.07.2015)
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti Neftçala rayonu ərazisində “İstisu” Müalicəvi İstirahət mərkəzində ciddi nöqsanlar aşkar edib.

BAKI, 24 iyul — Sputnik. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti Neftçala rayonu ərazisində “İstisu” Müalicəvi İstirahət mərkəzində ciddi nöqsanlar aşkar edib.

 Bu barədə Sputnik-ə Komitənin mətbuat xidmətindən verilib.

Komitədən bildirildi ki, Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Salyan Ərazi İdarəsi tərəfindən Nefçala rayonunun Xıllı şəhər tipli qəsəbəsində yerləşən və fiziki şəxs Həsənov Camal Saleh oğluna məxsus “İstisu” Müalicəvi İstirahət mərkəzində dövlət nəzarəti tədbirləri həyata keçirilib.

Müəssisədə əhaliyə iaşə, mehmanxana və yod-bromlu sudan (İsti su) istifadə edilməklə müalicəvi xidmətlər göstərilir. Araşdırma zamanı məlum olub ki, müalicəvi xidmətlərin göstərilməsi üçün müəssisənin Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən verilən lisenziyası yoxdur, müəssisəyə müalicə məqsədi ilə gələn şəxslərə kortəbii şəkildə xidmət göstərilir. Belə ki, müəssisədə müalicəvi məqsədlər üçün müraciət edən şəxslərin müayinə olunması üçün həkimin olmadığına görə, xəstələr müayinə edilmədən vannalara verilən sudan istifadə edir ki, bu da onların həyatı və sağlamlıqları üçün təhlükədir. Müəssisədə müalicəvi isti su adı ilə istifadə edilən suyun kimyəvi tərkibini təsdiq edən sınaq protokolu və ya hər hansı bir rəy və vanna qəbul etmə qaydaları barədə hər hansı bir təlimat yoxdur. Vannalarda verilən suyun temperatur rejiminə nəzarət edilmir.

Müəssisənin iaşə xidmətləri göstərilən sahəsində də bir sıra ciddi möqsanlar aşkar edilib. Belə ki, müəssisədə istehsal texnoloji təlimat və reseptura olmadan aparılır, məhsulların istehsalında istifadə olunan xammalın uyğunluq və gigyenik sertifikatları yoxdur, məhsulların saxlanılması zamanı mal qonşuluğuna əməl olunmadan ət, süd məhsulları bir yerdə saxlanılır. Müəssisədə verilən qazan yeməkləri də əvvəlcədən hazırlanaraq soyuducuda saxlanılır. İstismar olunan ölçmə vasitələri müqayisəli dövlət yoxlamasından keçməyib. Məhsulların sınaqlarının aparılması üçün müəssisədə laboratoriya mövcud deyil və hər hansı bir akkreditasiya olunmuş laboratoriya ilə müqavilə və məhsulların sınaqları barədə protokollar yoxlamaya təqdim edilməyib.

Yoxlama nəticəsində müəssisədə xidmətlərin göstərilməsinin qadağan edilməsinə dair  məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.


26
Teqlər:
Neftçala İstisu, İstisu Neftçala, İstisu, "İstisu" Müalicəvi İstirahət mərkəzi, Neftçala, Azərbaycan

Azərbaycanın Rus İcması Prezident İlham Əliyevə müraciət edib

5
(Yenilənib 20:19 23.11.2020)
Rus icması: "Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin üçtərəfli bəyanatı 30 illik müharibəyə son nöqtə qoydu və Azərbaycanın qalib statusunu təsbit etdi".

BAKI, 23 noyabr - Sputnik. Azərbaycanın Rus İcması Prezident, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevə müraciət edib.

Sputnik Azərbaycan xəbər verir ki, məktubda deyilir: “Möhtərəm cənab Prezident, Ali Baş Komandan İlham Heydər oğlu!

İcazə verin, Azərbaycanın Rus İcması adından Sizi və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı bütün Azərbaycan xalqının düşmən üzərində birmənalı, möhtəşəm Qələbəsi münasibətilə təbrik edək. Ermənistan Respublikasının işğalçı qüvvələri darmadağın edildi və geri çəkildi.

Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin üçtərəfli bəyanatı 30 illik müharibəyə son nöqtə qoydu və Azərbaycanın qalib statusunu təsbit etdi.

Möhtərəm İlham Heydər oğlu, biz bilirik ki, Siz BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə müvafiq olaraq bu münaqişənin dinc yolla nizamlanması üçün nə mümkündürsə etdiniz. Lakin Ermənistanın destruktiv mövqeyi danışıqlarda irəliləyişə nail olmağa imkan vermədi, onun daimi hərbi provokasiyaları bu il sentyabrın 27-də münaqişənin eskalasiyasına gətirib çıxardı.

Biz, Azərbaycanın rus əhalisi Sizin mətinliyinizə, müdrikliyinizə və qəti qələbəyə qədər getmək əzminizə görə Sizə səmimi təşəkkürümüzü və dərin minnətdarlığımızı bildiririk.

Sizin rəhbərliyinizlə igid, rəşadətli ordumuz qısa müddətdə çoxsaylı kəndləri, şəhərləri erməni işğalından azad etdi və Ermənistanı tam hərbi kapitulyasiya aktını imzalamağa məcbur etdi.

Respublikanın rus vətəndaşlarının çoxu 1990-cı illərin əvvəlində olduğu kimi, bu dəfə də Azərbaycan xalqı ilə çiyin-çiyinə dayandı və Azərbaycan sərhədlərinin pozulmazlığı hüququnu müdafiə edərək ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasında iştirak etdi.

Biz Sizin sözlərinizi xatırlayırıq ki, bu gün biz birlikdəyik və heç kəs bu birliyi poza bilməz.

Cənab Prezident, Sizin Ali Baş Komandan, diplomat, siyasi xadim və öz ölkəsinin vətəndaşı kimi fəaliyyətiniz sabahkı quruculuq gününə qəti əminlik yaradır, o vaxt minlərlə insan öz evlərini yenidən tikmək, müharibə dəhşətlərinin nə demək olduğunu bilməyən yeni nəsil tərbiyə etmək üçün işğaldan azad olunmuş torpaqlara qayıda biləcəklər.

Azərbaycanda və onun ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ bölgəsinin torpağında sülhün və firavanlığın bərpa edilməsi üzrə titanik səylərinizə görə sağ olun.

Sizin Azərbaycan xalqına səmimi müraciətləriniz bu xalqın qəlbində inam oyatdı, düşməni darmadağın etmək və Azərbaycanın ərazi bütövlüyünü qorumaq üçün xalqı vahid cəbhə kimi sıx birləşdirdi. Biz doğma Qarabağ regionunu azad etdik, bu gün bizim bayrağımız Şuşada – Qarabağın ürəyində dalğalanır. Məcburi köçkünlər tezliklə öz doğma yurdlarına qayıdacaq və bütün ölkəmiz yenidən firavanlaşacaq.

Bütün Azərbaycan xalqı çoxdan gözlədiyimiz şanlı Qələbə gününü Sizinlə birlikdə bayram edəcək.

Yaşasın Ali Baş Komandan!

Yaşasın çoxmillətli Azərbaycan xalqı!

Yaşasın Azərbaycan Ordusu!

Qarabağ Azərbaycandır!”

Bildirilib ki, müraciət Azərbaycan Rus İcmasının Respublika Şurasının iclasında qəbul edilib.

5
Teqlər:
Ermənistan, Azərbaycan, BMT-nin qətnamələri, kapitulyasiya, Üçtərəfli bəyanat, Prezident İlham Əliyev, rus icması
Tahir Kərimli, arxiv şəkli

Millət vəkilində COVID-19 aşkarlandı, evdə karantinə alındı

7
Tahir Kərimli bildirib ki, ailəsində də yoluxan olub və onlar da ev şəraitində müalicələrini davam etdirirlər. 

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 23 noyabr — Sputnik. Noyabrın 19-da Milli Məclisin 10-dan çox deputatında COVID-19 testinin nəticəsi pozitiv çıxıb. Sputnik Azərbaycan xəbər verir ki, virus aşkarlanan millət vəkillərindən biri olan Tahir Kərimli hazırda evdə müalicə alır. Bu haqda Sputnik Azərbaycan-a danışan millət vəkili səhhətinin yaxşı olduğunu bildirib: "Hazırda səhhətim yaxşıdır, evdə müalicə alıram. Həkim müayinəsi altında müalicələr davam edir".

Millət vəkili bildirib ki, ailəsində də yoluxan olub və onlar da ev şəraitində müalicələrini davam etdirirlər. 

Xatırladaq ki, “Report” COVID-19-a yoluxan deputatlardan 9-nun adını təqdim edib: Bunlar Tahir Kərimli, Azər Badamov, Məşhur Məmmədov, Vüqar Bayramov, Qənirə Paşayeva, Rəşad Mahmudov, Soltan Məmmədov, Nizami Səfərov və Elnur Allahverdiyevdir

7
Teqlər:
müalicə, millət vəkili, Koronavirus, COVID-19, yoluxma
İmza, arxiv şəkli

Ermənistanda daha bir nazir vəzifəsindən azad edilib

0
Dağlıq Qarabağdakı separatçıların lideri Araik Arutyunyanın tam adaşı olan naziri Ermənistanda "supernazir" adlandırırdılar.

BAKI, 23 noyabr - Sputnik. Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Araik Arutyunyan vəzifəsindən azad edilib.

Sputnik Ermənistan-ın verdiyi xəbərə əsasən, bununla bağlı müvafiq fərmanı bu gün Ermənistan prezidenti Armen Sarkisyan imzalayıb.

Arutyunyanı nazir postunda Vaqram Dumanyan əvəz edib.

0
Teqlər:
nazir, Ermənistan, azad edilmə