Fəzail Ağamalı

Millət vəkili: Qarabağ münaqişəsinin həlli üçün vaxt yetişib

30
(Yenilənib 16:16 21.07.2015)
Fəzail Ağamalı: ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona növbəti səfəri yenə də Ermənistanən maraqlarına xidmət edir.

BAKI, 21 iyul — Sputnik. ATƏT-in Minsk qrupunun  həmsədrlərinin regiona növbəti səfəri yenə də Ermənistanən maraqlarına xidmət edir. Bunu Sputnik-ə açıqlamasında millət vəkili Fəzail Ağamalı Minsk Qrupu həmsədrlərinin regiona səfərini şərh edərkən deyib.

Onun sözlərinə görə, ATƏT MQ həmsədrləri son günlərdə Ermənistanı düşdüyü vəziyyətdən çıxarmaq üçün yenidən fəallaşıblar və regioana səfər etməklə. “Bu səfərlərin nəticəsində Ermənistan-Azərbaycan, Dağlıq  Qarabağ münaqişəsinin həllində hər hansı proqressiv addım atılacağına inanmıram. Əslində  bu  səfər yenə də Qarabağ münaqişəsindəki status-kvonun saxlanmasına xidmət edir. Həmsədrlər verdikləri bəyantlarda iki ölkənin prezidentlərini görüş keçirərək addımlar atmağa  dəvət edirlər. Onların bəyanatları bundan o tərəfə keçmir ki, bu da bizim maraqlarımıza uyğun deyil. Nə vaxta qədər ki, ATƏT MQ həmsədrləri Ermənistanın işğalçılıq siyasətinə son qoyulmasını tələb etməyəcək, onların fəaliyyətindən heç nə gözləmirəm. Əksinə bu cür səfərlər etməklə onlar sadəcə İrəvanın maraqlarına xidmət edəcəklər və bununla da Ermənistanı himayə etmiş olacaqlar. Ona görə də hesab edirəm ki, ATƏT MQ həmsədrləinin fəaliyyətindən heç nə gözləməyə dəyməz. Artıq ATƏT MQ həmsədrlərinin riyakar, Ermənistan maraqlarına xidmət edən siyasətinə inanmalı deyilik”, — deyə millət vəkili vurğuladı.

F. Ağamalı onu da əlavə etdi ki, Azərbaycan prezidentinin bəyanatı “ermənilərin kürkünə birə salıb” və onlar çox ciddi narahatlıq keçirirlər. 

“Hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün münasib vaxt yetişib. Biz hərb yolu ilə torpaqlarımızı işğaldan azad etməliyik”, deyə o bildirdi.

30
Teqlər:
ATƏT-in Minsk Qrupu, Fəzail Ağamalı, Azərbaycan