Мохсен Пакайин

İran Azərbaycanla atom enerjisi sahəsində əməkdaşlıq etməyə hazırdır

12
(Yenilənib 14:17 15.07.2015)
Möhsün Pakayin: Hər bir ölkənin sülh məqsədli nüvə enerjisindən istifadə etmək haqqı var.

BAKI, 15 iyul-Sputnik. İran Azərbaycanla atom enerjisi sahəsində əməkdaşlıq etməyə hazırdır.

Sputnik xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Möhsün Pakayin bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, neft-qaz enerjisinin ömrü uzun deyil və müəyyən müddətdən sonra dünya digər enerjilərə ehtiyac duyacaq: Gələcəkdə dünya alternativ enerjiyə — atom enerjisinə ehtiyac duyacaq və buna üstünlük verəcək. Hesab edirik ki, hər bir ölkənin sülh məqsədli nüvə enerjisindən istifadə etmək haqqı var” — deyə səfir bildirib.

Səfir onu da əlavə edib ki, İran bu sahədə dünyanın istənilən ölkəsi, o cümlədən, Azərbaycanla əməkdaşlıq etməyə hazırdır.


12

İki gün əvvəl ordudan tərxis olunan könüllü əsgər ölüb

16
Onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.

BAKI, 17 yanvar - Sputnik. Lənkəran rayonunun Göyşaban kəndindən Vətən müharibəsinə könüllü olaraq qatılan Mirzəzadə İbrahim Rüfət oğlu bu gün vəfat edib.

“Report”un verdiyi xəbərə görə, mərhum iki gün əvvəl səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilib.

İlkin məlumata görə, onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

16
Qəza, arxiv şəkli

Cəlilabadda ağır yol qəzası olub, ölən yaralananlar var

14
Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda onlar əməliyyat edilir. Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

BAKI, 17 yanvar - Sputnik. Cəlilabad rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, qəza axşam saatlarında rayonun Alar kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan "Niva" markalı minik avtomobilinin aşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda onlar əməliyyat edilir.

Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

14