Prezident İlham Əliyev qaçqınlarla

Qaçqın düşərgələrinin ləğv olunmasının başlanğıcı

84
(Yenilənib 15:50 01.07.2015)
2004-cü il iyulun 1-də prezident İlham Əliyev "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

BAKI, 1 iyul — Sputnik. 2004-cü il iyulun 1-də prezident İlham Əliyev "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Proqram üzrə 2004-2007-ci illərdə ölkə ərazisində məcburi köçkünlər üçün çadır düşərgələri tamamilə (5 rayonda 12 düşərgə) ləğv olunub, 17 minə yaxın məcburi köçkün ailəsi üçün 56 müasir tipli qəsəbə tikilib.

2007-ci ilin oktyabrında prezidentinin sərəncamı ilə Dövlət Proqramına edilən əlavələr (2008-2011-ci illər üzrə) «fin evləri», məktəb binaları, hərbi hissələrin ərazisi və yaşyaış üçün yararsız binalarda məskunlaşmış daha 12 min məcburi köçkün ailəsi üçün yeni qəsəbələrin inşası, ümumilikdə 300 min məcburi köçkünün iş və həyat şəraitin yaxşılaşdırılması nəzərdə tutulub.

84