Bakıda 14 nəfər günvurma diaqnozu ilə xəstəxanaya yerləşdirilib

16
(Yenilənib 15:33 01.07.2015)
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev: Daxil olan xəstələrin səhhətində ciddi problem olmayıb.

BAKI, 1 iyul — Sputnik. Hava şəratinin isti keçməsi ilə əlaqədar vətəndaşlar arasında diskomfort halların yaranması və günvurma hallarına tez-tez rast gəlmək olur. Son günlərdə havaların isti keçməsi günvurma hallarını artırıb.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev Sputnik-ə açıqlamasında bildirdi ki, havaların isti keçməsi nəticəsində günvurma halları və bununla bağlı stansiyaya müraciətlər olub: “May ayının sonundan indiyədək 14 belə fakt baş verib. Həmin şəxslər xəstəxanaya yerləşdiriliblər. Daxil olan xəstələrin səhhətində ciddi problem olmayıb. Sadəcə onlar bir müddət həkim nəzarətində saxlama zərurəti olduğundan stansiyaya gətiriliblər və bir neçə saatdan sonra səhhətləri normallaşdıqdan sonra evlərinə buraxılıblar.”

16