Xırda pullar

İyun ayı üzrə əmək pensiyaları vaxtından əvvəl maliyyələşdirilib

99
(Yenilənib 12:00 11.06.2015)
Dövlət Sosial Müdafiə Fondu iyun ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırıb.

BAKI, 11 iyun — Sputnik. Dövlət Sosial Müdafiə Fondu iyun ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırıb.

DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə, qurumun mərkəzi xəzinə hesabından pensiyaların maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin yerli orqanların hesablarına köçürülməsi Bakı və Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə iyun ayının 1-i, respublikanın digər rayon və şəhərləri üzrə isə iyun ayının 11-i tarixində tam yekunlaşıb.

Ümumilikdə bu ilin 5 ayı ərzində DSMF-yə daxilolmaların səviyyəsi pensiya və müavinətlərin qrafikdən əvvəl maliyyələşdirilməsinə imkan verib. 2015-ci ilin 5 ayı ərzində fondun gəlirləri 1224,9 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 2,8% və ya 33,6 mln. manat çoxdur. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,2% artaraq 712,4 mln. manata çatıb. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 466,8 mln. manatı qeyri-büdcə sektorunun payına düşüb ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,5% və ya 36,8 mln. manat çoxdur.

Bu ilin 5 ayı ərzində fondun xərcləri 1213,4 mln. manat olub və bunun 1192,0 mln. manatı pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilib.

Hazırda Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 292 040 nəfər təşkil edir. Onların 60,6%-ni yaşa görə, 28,5%-ni əlilliyə görə, 10,9%-ni isə ailə başçısını itirməyə görə əmək pensiyası alanlar təşkil edir.

99
Teqlər:
siğorta, müavinət, pensiya, əmək pensiyaları, DSMF, Dövlət Sosial Müdafiə Fondu, Abşeron, Sumqayıt, Bakı, Azərbaycan
ABŞ bayrağı, arxiv şəkli

ABŞ-ın Bakıdakı Səfirliyi terror təhlükəsi haqda xəbərdarlıq edib: Bu otellərdən uzaq olun

52
(Yenilənib 22:35 24.10.2020)
Bildirilib ki, səfirlik təhlükəsizliklə bağlı vəziyyəti nəzərdən keçirməyə davam edəcək və ehtiyac olduğu təqdirdə əlavə məlumat verəcək.

BAKI, 24 oktyabr — Sputnik. ABŞ-ın Azərbaycandakı Səfirliyi, "Abşeron J.W. Marriott" kimi otellər də daxil olmaqla, potensial olaraq Bakının digər yerlərində ABŞ vətəndaşlarına və xarici vətəndaşlara qarşı baş verə biləcək terror hücumları və qaçırmalar barədə etibarlı məlumatlar əldə edib.

Sputnik Azərbaycan səfirliyin rəsmi saytına istinad edərək xəbər verir ki, ABŞ vətəndaşlarına amerikalıların və ya əcnəbilərin toplaşa biləcəyi yerlərdə çox ehtiyatla davranmaları tövsiyə olunur.

Xəbərdarlıqda aşağıdakı tədbirlər qeyd edilib:

- Ehtiyatlı və sayıq olun.

- Kütlənin çox olduğu yerlərdən yayının.

- Öz profilinizi büruzə verməyin.

- Ətrafınızdan xəbərdar olun.

- Əcnəbilərin sıx olduğu yerlərdə diqqətli olun.

- Yerli mediayanı diqqətdə saxlayın.

Bildirilib ki, səfirlik təhlükəsizliklə bağlı vəziyyəti nəzərdən keçirməyə davam edəcək və ehtiyac olduğu təqdirdə əlavə məlumat verəcək.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti ölkəmizdə gözlənilən erməni terroru ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.

52

Hikmət Hacıyev: “Ermənilərin hədəfi kənd mülki şəxslər idi”

16
(Yenilənib 21:17 24.10.2020)
Tərtər rayonunun Kəbirli kəndinə raket atılması nəticəsində 2004-cü il təvəllüdlü İsmayılzadə Orxan Rəhbər oğlu həlak olub.

BAKI, 24 oktyabr — Sputnik. “Günün fotosu. Ermənistan tərəfindən atılan raketin zərərsizləşdirilməsi. Kəndə yaxınlaşdı. Hədəf kənd və mülki şəxslər idi. Çox güman ki, gözlənilən trayektoriyadan kənara çıxdı. Ermənistanın müharibə cinayətləri”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün twitter səhifəsində yazıb.

16
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə