65 saylı marşrut avtobusu

"BakuBus" nağdsız ödəniş sisteminə keçməyə hazırdır

86
(Yenilənib 20:09 05.06.2015)
Proses bütün “BakuBus” avtobuslarını əhatə edəcək.

BAKI, 5 iyun — Sputnik. "BakuBus" MMC nağdsız ödəniş sisteminə keçməyə hazırdır və bunun üçün zəruri şərait yaradılıb.

Bunu "BakuBus" MMC-nin direktorunun müavini Vüsal Kərimli bildirib.

Onun sözlərinə görə, artıq avtobuslarda və Bakı metrosunun stansiyalarında kartların oxunması üçün avadanlıq quraşdırılıb: “Sadalanan yerlərdə “Bakı Kart” terminalları quraşdırılıb. Avtobuslar xəttə buraxıldıqdan sonra, yəni iyulun əvvəlində vahid nəqliyyat kartlarına mərhələli keçid prosesi başlayacaq. Bu proses bütün “BakuBus” avtobuslarını əhatə edəcək".

86