XİN: Qarabağ münaqişənin həlli Rusiya üçün mühüm əhəmiyyət kəsb edir

45
(Yenilənib 12:09 25.05.2015)
Qarabağ münaqişəsinin həlli ilə bağlı kənardan hansısa "möcüzəvi resepti" gözləməyə dəyməz, deyə Rusiya xarici siyasət idarəsinin bəyanatında bildirilir.

BAKI, 25 may — Sputnik. Bu gün Moskvada Qarabağ münaqişəsinin həlli perspektivləri müzakirə olunacaq. Sputnik xəbər verir ki, bu barədə Rusiya XİN-dən məlumat verilrib.

Moskvada rəsmi səfərdə olan Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bu gün rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək və görüşdə tərəflər ikitərəfli əlaqələrin perspektivlərini, regional və beynəlxalq aləmdə baş verən mühüm prosesləri, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli yollarını müzakirə edəcəklər.

Nazirlikdən bildirilib ki, Rusiya 20 ildən artıqdır ki, ATƏT MQ-nin həmsədri olaraq Qarabağ münaqişəsinin həllində aktiv rol oynayır: "İstər coğrafi yaxınlıq, istərsə də xalqlarımızın müəyyən ümumi tarixinin olması Qarabağ münaqişənin həllini Rusiya üçün əhəmiyyətli edir, və bu məsələ xarici siyasət prioritetinin birinci dərəcəli məsələləri sırasındadır.

Bununla belə hesab edirik ki, ATƏT MQ münaqişənin həllində mühüm rol oynaya bilər. Problemin həlli təkcə vasitəçilərdən deyil, eyni zamanda münaqişə tərəflərindən də asılıdır. Qarabağ münaqişəsinin həlli ilə bağlı kənardan hansısa "möcüzəvi resepti" gözləməyə dəyməz."

Səfər çərçivəsində Elmar Məmmədyarovun Dövlət Dumasının sədri Sergey Narışkin və baş nazirin müavini Dmitri Roqozin ilə görüşləri də nəzərdə tutulub.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycan torpaqlarına iddiası nəticəsində başalyıb.
Hazırda Azərbaycanaın 20% torpaqları — Dağlıq Qarabağ və ona bitişik yeddi rayonun ərazisi Ermənistan Silahlı Qüvvələrinin nəzarətindədir.

1994-cü ilin may ayında tərəflər arasında atəşkəs rejimi haqqında sənəd imzalansa da, münaqişənin sülh yolu ilə həlli istiqamətində ATƏT Minsk qrupunun ABŞ, Fransa və Rusiyanın həmsədrliyi ilə apardığı danışıqlar prosesi hələ də müsbət nəticə vermir.

BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğal etdiyi torpaqları dərhal azad etməsi ilə bağlı qəbul etdiyi dörd qətnamə bu günə kimi Ermənistan tərəfindən icra olunmur.
Azərbaycan torpaqlarının işğalı nəticəsində bir milyona yaxın soydaşımız məcburi köçkün və qaçqın həyatını yaşamaqdadır.

 

45
Əlaqədar
Nazir: Qarabağ münaqişəsi yaxın gələcəkdə həll olunacaq
İkili standartlar Dağlıq Qarabağ münaqişəsinin həllini ləngidir
Robert Sekuta: ABŞ Qarabağ münaqişəsinin həllində səylərini davam etdirir
Minsk Qrupu Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasını dəstəkləyir
Tibb işçiləri, arxiv şəkli

Göyçayda yaşadığı evi tərk edən COVID-19 xəstəsi saxlanılıb

3
(Yenilənib 13:13 28.11.2020)
Kürdəmir kənd sakini Nicat Babaşov COVID-19 virusuna yoluxduğu üçün ona ev şəraitində müalicə təyin edilib və qaydalar ona izah olunub.

BAKI, 28 noyabr — Sputnik. Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində yaşadığı evi qanunsuz olaraq tərk edən və ətrafdakı şəxslərə də bu virusun keçməsinə şərait yaradan aktiv koronavirus xəstəsi aşkarlayıblar.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Sputnik Azərbaycan-ın yerli bürosuna verilən məlumata görə, rayonun Kürdəmiş kənd sakini Nicat Babaşov COVID-19 virusuna yoluxduğu üçün ona ev şəraitində müalicə təyin edilib və qaydalar ona izah olunub. 

Lakin, N.Babaşov qaydalara əməl etməyərək yaşadığı evi tərk edib və virusun yayılmasına şərait yaradıb. Polis əməkdaşları tərəfindən onun olduğu ünvan müəyyən edilib və dərhal yaşadığı ünvana geri qaytarılıb.

 

 

3
Teqlər:
DİN, Göyçay rayonu, Göyçay rayonu, Göyçay, Koronavirus, epidemiya, COVID-19
Türkiyənin Vitse-prezidenti Fuad Oktay, arxiv şəkli

Türkiyə hərbçiləri ən qısa zamanda Azərbaycandakı vəzifələrini icra edəcəklər

15
(Yenilənib 12:54 28.11.2020)
Türkiyənin Vitse-prezidenti Fuat Oktay deyib ki, Azərbaycanın hüquq və mənafeyini bundan sonra da qorumaq üçün Türkiyə hərbçiləri qardaş ölkədəki vəzifələrini ən qısa zamanda icra edəcəklər.

BAKI, 28 noyabr — Sputnik. Türkiyə hərbçiləri ən qısa zamanda Azərbaycandakı vəzifələrini icra edəcəklər.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, bu barədə Türkiyənin Vitse-prezidenti Fuat Oktay bildirib.

O deyib ki, Türkiyə Şərqi Aralıq Dənizi, Kipr və Liviya ilə bərabər, Qarabağ məsələsində də Azərbaycana qeyd-şərtsiz dəstək verməkdə davam edir:

"Qarabağdan işğalçı Ermənistanın qovulması Türkiyə-Azərbaycan dostluğunu meydanda da bütün dünyaya nümayiş etdirdi. 30 ildir Ermənistanın Qarabağdakı zülmünə, son hücumlar zamanı mülki əhalini və şəhərləri bombalamasına laqeyd qalmadıq, bu ədalətsizliklərə bəzi ölkələr kor və kar qaldığı halda biz bütün imkanlarımızla qardaş Azərbaycanın yanında olduq".

F. Oktay qeyd edib ki, Azərbaycanın hüquq və mənafeyini bundan sonra da qorumaq üçün Türkiyə hərbçiləri qardaş ölkədəki vəzifələrini ən qısa zamanda icra edəcəklər: "Bundan sonra da ədalət mübarizəsində qardaşlarımızın yanında olacağıq".

Xatırladaq ki, bir müddət əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə TBMM-ə təqdim edilən Türkiyə hərbi qüvvələrinin Azərbaycana göndərilməsini dəstəkləyən qanun layihəsi qəbul edilib. Qanun layihəsinə görə, Türkiyə hərbçiləri 1 il müddətinə Dağlıq Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcəklər.

15
Teqlər:
Aralıq dənizi, Liviya, Şimali Kipr Türk Respublikası, Kipr problemi, Kipr, Dağlıq Qarabağ, Qarabağ, Azərbaycan, Türkiyə, Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay
Dəniz Mall Ticarət Mərkəzinə mənzərə, arxiv şəkli

Sabahdan hava mülayimləşir

0
(Yenilənib 16:03 28.11.2020)
Havanın temperaturu gecə 2-6, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacaq.

BAKI, 28 noyabr — Sputnik. Noyabrın 29-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 10-13, Bakıda gecə 7-9, gündüz 11-13 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 770 mm civə sütununa enəcək, nisbi rütubət 65-75 faiz olacaq.

Noyabrın 29-da Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən başlayaraq bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-6, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, noyabrın 29-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

0
Teqlər:
hava proqnozu, Hava proqnozu, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti, Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosu, Milli Hidrometeorologiya Departamenti