Госпогранслужба АР провела широкомасштабные тактические учения

DSX-nin irimiqyaslı taktiki təlimləri başa çatıb

74
(Yenilənib 17:39 22.05.2015)
Təlimlər 2015-ci ilin döyüş hazırlığı proqramına uyğun olaraq DSX-nın çevik hərəkət bölmələrinin və aviasiya qüvvələrinin iştirakı ilə "Ağgöl" səhra təlim mərkəzində keçirilib.

BAKI, 22 may — Sputnik. Dövlət Sərhəd Xidmətinin (DSX) çevik hərəkət bölmələrinin və aviasiya qüvvələrinin iştirakı ilə irimiqyaslı taktiki təlimləri başa çatıb.

Sputnik-ə DSX mətbuat mərkəzindən verilən məlumatda bildirlir ki, irimiqyaslı taktiki təlimlər 2015-ci ilin döyüş hazırlığı proqramına uyğun olaraq "Azərbaycan Respublikasının dövlət sərhədini pozmuş düşmənin qoşun qruplarının və terror-təxribat dəstələrinin zərərsizləşdirilməsi" adı altında Dövlət Sərhəd Xidmətinin çevik hərəkət bölmələrinin və aviasiya qüvvələrinin iştirakı ilə 2015-ci ilin may ayının 15-dən 21-dək "Ağgöl" səhra təlim mərkəzində keçirilib.

Təlimlərin əsas məqsədi Azərbaycan prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarının icrası, şəxsi heyətə döyüş zamanı dözümlülük, mətanətlik və qorxmazlıq vərdişlərinin aşılanması, eləcə də çevik hərəkət bölmələri və aviasiya qüvvələri arasında əlaqələndirmənin və idarəetmə orqanlarının real döyüş şəraitində birgə fəaliyyətinin təkmilləşdirilməsi olub.

Döyüş atışlı təlimlərin üçüncü mərhələsi DSX rəisi — Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyevin rəhbərliyi altında həyata keçirilib.

Üç mərhələdə keçirilən təlimlərin ssenarisinə əsasən, DSX-nin qüvvə və vasitələri tərəfindən şərti düşmənin dövlət sərhədini pozmuş qoşun qrupları zərərsizləşdirilib və dövlət sərhədi bərpa edilib. Üçüncü mərhələnin başlanğıcında pilotsuz uçuş aparatı vasitəsilə düşmən qüvvələrinin yerləşməsi müəyyən edildikdən sonra düşmən arxasında kəşfiyyat fəaliyyətini həyata keçirmək məqsədi ilə təyyarə və helikopterlərdən paraşütlərlə desantın atılması təmin edilib.

Hava desantının uğurlu əməliyyatından sonra şərti düşmənin dayaq məntəqələrinə və dövlət sərhədini pozmuş zirehli texnikalarına qarşı döyüş helikopterlərindən və zenit artilleriya qurğularından açılan atəşlərlə onların irəliləməsinin qarşısı alınıb. Düşmən qruplarına havadan dəstək üçün göndərilmiş döyüş helikopterləri daşınan zenit-raket kompleksləri vasitəsilə məhv edilib. Düşmən hücumunun qarşısını alan qüvvələrimiz atəş üstünlüyünü əldə etməklə çevik hərəkət bölmələrinin sürətli əks hücuma keçməsinə şərait yaradıb. Daha sonra zirehli texnikalar üzərində hücuma keçən bölmələrimiz düşmənin dayaq məntəqələrində yerləşən canlı qüvvəsini və zirehli texnikalarını sərrast atışlarla məhv ediblər. Təlimlərdə döyüş əməliyyatları zamanı helikopterlər vasitəsilə döyüş bölgəsinə əlavə qüvvələrin çatdırılması və yaralıların təxliyyə edilməsi elementləri də uğurla işlənilib. Təlimlər zamanı bölmələrin real döyüş şəraitində idarə olunmasına, çevik hərəkət qüvvələri və aviasiya bölmələri arasında yüksək qarşılıqlı fəaliyyətə nail olunub.

Təlimlər vaxtı zenit qurğularından, helikopterlərdən, minaatanlardan, iri çaplı pulemyotlardan, qumbaraatanlardan döyüş atışları və raket buraxılışları müvəffəqiyyətlə həyata keçirilib. Şəxsi heyət tərəfindən möhkəm intizam, yüksək peşəkarlıq və döyüş hazırlığı nümayiş etdirilib, döyüş atışı vərdişləri təkmilləşdirilib. DSXnin çevik hərəkət bölmələri və aviasiya qüvvələri qarşıya qoyulmuş döyüş tapşırıqlarını uğurla yerinə yetirib, təlim müvəffəqiyyətlə başa çatıb.

Elçin Quliyev təlimdə iştirak edən şəxsi heyəti qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirdiklərinə görə təbrik edib, döyüş hazırlığının daha da yüksəldilməsi üzrə bölmələr qarşısında yeni tapşırıqlar müəyyən edib, Ali Baş Komandan tərəfindən qarşıya qoyulan bütün tapşırıqları şərəflə icra etməyə daim hazır olduqlarını xüsusi vurğulayıb.

74
Əlaqədar
Rusiya və Azərbaycan Xəzərdə birgə hərbi təlimlər keçirəcəklər
Naxçıvanda Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirilib
Kitab oxuyan uşaq, arxiv şəkli

Gözdən qaçırdığımız təhlükə - Uşaqlara aid ədəbiyyatda onlara "məşuqə olmaq" aşılanır?!

1
Aygün Bal adlı müəllifin "Qaz ilə Göyərçinin əhvalatı" adlı şeiri məktəb yaşlı uşaqlar üçün nəzərədə tutulmuş olsa da, şeirin mənası uşaqlara düzgün tərbiyə aşılamır.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 11 avqust — Sputnik. Uşaqların şüuraltı, həyata baxışı 8 yaşına qədər formalaşır. Onların bu dövrə qədər almış olduğu məlumatlar, gördükləri, oxuduqları, yaaşdıqları, şahid olduqları birbaşa gələcək həyatlarının, xarakterlərinin formalaşmasına təsir edir.

Bu prosesdə uşaq ədəbiyyatının, ibtidai sinif dərsliklərinin böyük rolu var.

Belə ki, uşaqların çox zaman vaxt keçirdiyi kitablar onlara düzgün olmayan düşüncələr, məlumatlar və fikirlər öyrədə bilər.

Məsələn bu günlərdə social şəbəkələrdə paylaşılan Aygün Bal adlı müəllifin "Qaz ilə Göyərçinin əhvalatı" adlı şeiri məktəb yaşlı uşaqlar üçün nəzərədə tutulmuş olsa da, şeirin mənası uşaqlara düzgün tərbiyə aşılamır.

Və yaxud bir müddət əvvəl elə ibtidai sinif şagirdlərinə aid ədəbiyyatda uşaqlara dini biliklər aşılanırdı ki, bu da uşağın azad seçiminə bağlı bir prosesdir.

Azərbaycanda uşaq ədəbiyyatına nəzarət var? Valideynlər uşaqlaırn bu kimi düşüncədə yazılmış əsərlərdən qorumaq üçün nə etməlidir?

Sputnik Azərbaycan bu məsələni araşdırıb.

Təhsil eksperti Qoşqar Məhərrəmli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, şagirdlərin şüurulatının formalaşması erkən yaşlara təsadüf edir. Bu səbədən də erkən yaş pedaqogikası ən önəmli alt sahələrdən hesab edilir.

Pedaqoqların və psixoloqların fikrincə, uşaqların bu yaşlarda məruz qaldıqları hər bir şey onların şüuraltında qalır və bu onların gələcək həyatlarına təsir edir: "Bir çox yazarların - Adəm Günəşin, Doğan Güzeloğlunun kitablarında, qərb psixologiyasında da qeyd edilir ki, uşaqların erkən dövrdə məruz qaldıqları hər bir şey onların sonrakı həyatında xarakterlərinin formalaşmasına səbəb olur. Uşaq ədəbiyyatı da uşaqların təhtəlşüurunda yer alacaq amillərdəndir. Bu səbəbdən biz uşaqlar üçün ədəbiyyat seçəndə diqqətli olmalıyıq".

Ekspert bildirib ki, nəinki uşaq ədəbiyyatı, hətta uşaqların daim istifadə etdiyi oxu, riyaziyyat və ya təbiətlə bağlı kitablarda hər bir şəkil belə diqqətli seçilməlidir.

Çünki dərsin məqsədi başqa olsa belə, verilən hər şəkil uşaqların psxikiasına ayrı cür təsir edə bilər.

Uşaq ədəbiyyatı uşaqların dillərinin zənginləşməsinə, şüuralarının inkişafına, təfəkkürlərinin yaradıcı-tənqidi olmasına birbaşa təsir edir.

Bu səbəbdən də uşaqların oxuduqları kitabların, baxdıqları cizgi filmlərinin, kinoların seçilməsində valideynlər və müəllimlər diqqətli olmalıdıdr. Əks halda biz onların başqa tərbiyə ilə yetişdiklərinin şahidi ola bilərik.

Mütəxəssisin fikrincə, uşaqların cinsi tərbiyəsində də uşaq ədəbiyyatının böyük rolu var.

"Uşaqların cinsi tərbiyəsində, məhrəmiyyət təlimində onlara aid olan oxudqları, öyrəndikləri, gördükləri hər şeyin birbaşa təsiri var. Bu səbəbdən də uşaq ədəbiyyatı seçərkən çox diqqətli olmaq lazımdır" - deyə ekspert bildirib.

Onun sözlərinə görə, uşaq ədəbiyyatı – hekayə, nağıl, şeirlər yazanlar da diqqətli olmalıdır.

Mütəxəssis hesab edir ki, uşaq ədəbiyyatı nümunələri pedaqoqların, erkən yaş psixoloqlarının senzurasından keçəndən sonra ibtidai sinif uşaqlarının və müəllimlərinin istifadəsinə verilməlidir: "Düzdür, sərbəst bazar iqtisadiyyatı dövründə yaşayırıq. Ancaq uşaq ədəbiyyatı senzuradan keçdikdən sonra uşaqların istifadəsinə verilsə, daha yaxşı olar. Beləcə, uşaqların gələcək həyatı daha düzgün formalaşmış olar. Bu uşaqların əxlaqi tərbiyəsində mənəvi dəyərləri qavramasında çox böyük yer tutur".

Psixoloq Ramin Hacıyevin sözlərinə görə, uşaqlarda şüuraltının əsas formalaşdığı dövr 8 yaşına qədərdir.

Bu yaşa qədər uşaqlar gördükləri, öyrəndikləri, oxuduqları hər bir hadisəni şüurulatına yazır: "Uşaq beyni ağ kağıza bənzəyir və onun üzərində yazılanlar ətraf mühiytin təsiri ilə formalaşır. Yəni, bir uşaq ailədə dava-mübahisə, sevgisizlik görürsə, böyüyəndən sonra o da ətrafına, insanlara qarşı o formada davranır. Çünki o həyatı elə öyrənir".

Psixoloqun fikrincə, bu baxımdan uşaqlara uşaq ədəbiyyatı, kitablar seçərkən valideynlər çox diqqətli olmalıdır. Kitab alarkən ən azından kitabı adına görə deyil, müəllifə, kitabın içində olanlara görə almaq lazımdır.

"Azyaşlı uşaqları böyüklərin həyat düşüncələri ilə, həyata baxışları ilə, hətta yaşanmış, müxtəlif formada qələmə aldıqları uşaqların psixologiyasına zərər vura biləcək əsərlərlə böyütmək olmaz. Burada yük birmənalı olaraq, valideynlərin üzərinə düşür", - deyə psixoloq vurğulayıb.

Onun fikrincə, indiki dövr uşaq ədəbiyyatı nümunələrinin əksəriyyəti uşaqların əxlaqına, cinsi düşüncələrinə, gələcək həyatına zərbə verə biləəck vəziyyətdədir.

Bu səbəbdən də hər bir valideyn çox diqqətli olmalıdır.

1
Bakıda restoran, arxiv şəkli

Hökumətdən kafe restoranlarla bağlı yeni qərar

366
(Yenilənib 18:52 11.08.2020)
NK pandemiya dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı qərarına dəyişiklik edib.

BAKI, 11 avqust — Sputnik. Nazirlər Kabineti "Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə" qərarına dəyişiklik edib.

Dəyişikliyə əsasən, "qida qəbulu" sözlərinin əvvəlinə "ictimai iaşə müəssisələrinin" sözləri və "zallarında" sözündən sonra ", otaqlarında, habelə onların açıq hava sahələrində" sözləri əlavə edilib.

Həmin Qərarla təsdiq edilmiş "Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu zamanı adambaşına müəyyən edilən sıxlıq normaları"nın "Qida qəbulu zalları" sütununa "zalları" sözündən sonra "otaqlar", habelə "açıq hava sahələri" sözləri əlavə edilib.

Qeyd edək ki, ictimai iaşə müəssisələrinin qida qəbulu zallarında otaqlarında, habelə onların açıq hava sahələrində oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafələr isə 2 metrdən az olmamalıdır.

İndiyə qədər qida qəbulu zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafələr isə 2 metrdən az olmamalı idi.

366