NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Türkiyə Qərb ölkələrinə LNG satmağa hazırlaşır

© AFP 2023 / SEBASTIEN BOZONqaz
qaz - Sputnik Azərbaycan, 1920, 08.05.2024
Abunə olmaq
Bu qanun nəticəsində Türkiyə indi anbarlarındakı qazın bir hissəsini mayeləşdirə, onu LNG-yə çevirə və boru xətti olmayan bölgələrə ixrac edə biləcək.
BAKI, 8 may — Sputnik. Türkiyə Rusiya da daxil olmaqla Qərb ölkələrinə təbii qazı öz anbarlarında mayeləşdirməklə tədarük etməyi gözləyir. Bu barədə RİA Novosti Türkiyənin Energetika Nazirliyindəki mənbələrə istinadən xəbər verir.
Mayın 2-də Türkiyə parlamenti təbii qaz bazarlarını tənzimləyən qanun layihəsinin lehinə səs verib. Ekspertlər daha əvvəl qeyd etmişdilər ki, bu sənəd Rusiyanın Türkiyədə təklif etdiyi qaz qovşağı layihəsinin məqsədləri ilə üst-üstə düşür. Rusiya Türkiyəyə ən böyük təbii qaz tədarükçülərindən biridir.
"Bizim Qara dənizdən hasil etdiyimiz öz qazımız var. Azərbaycan, Rusiya və İrandan qaz kəmərlərimiz var. Biz həmçinin müxtəlif ölkələrdən mayeləşdirilmiş qaz (LNG) alırıq", - məlumatda bildirilir.
Qeyd edilib ki, bu qanun nəticəsində Türkiyə indi anbarlarındakı qazın bir hissəsini mayeləşdirə, onu LNG-yə çevirə və boru xətti olmayan bölgələrə ixrac edə biləcək. Hazırda bizim maye qaz zavodumuz yoxdur, yaxın illərdə bu müəssisələr dövlət və ya özəl sərmayə hesabına yaradıla bilər, o zaman biz LNG-ni gəmilərlə dünyanın hər yerinə ixrac edə bilərik" - məlumatda deyilir.
"Şimal axını 1" və "Şimal axını 2" sualtı qaz kəmərlərində baş verən partlayışlardan iki həftə sonra - Rusiya prezidenti Vladimir Putin Rusiya qazının itirilmiş həcminin Qara dəniz regionuna köçürülməsi ideyasını irəli sürüb. Onun sözlərinə görə, Türkiyədə qaz qovşağının yaradılması mümkündür.
Rusiya baş nazirinin müavini Aleksandr Novak ötən ilin dekabrında bildirmişdi ki, "Qazprom" və Türkiyə belə bir mərkəz üçün yol xəritəsi hazırlamaq barədə razılığa gəliblər və bu, yaxın gələcəkdə layihənin icrasına başlaya bilərlər. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyasındakı mənbə fevralda RİA Novosti-yə bildirib ki, qaz qovşağının yol xəritəsi Putinin planlaşdırılan səfəri zamanı müzakirə olunacaq.
Xəbər lenti
0