Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Ən zərərli giləmeyvə hansıdır?

© AFP 2023 / JOSEP LAGOÜzüm
Üzüm - Sputnik Azərbaycan, 1920, 08.05.2024
Abunə olmaq
Qastroenteroloq bildirib ki, bu giləmeyvənin tərkibində çoxlu miqdarda qlükoza var, ona görə də bir çox xəstəliklərdən əziyyət çəkən insanlara tövsiyə olunmur.
BAKI, 8 may — Sputnik. "SberZdorovye" tibb şirkətinin qastroenteroloqu Darya Utyumova ən zərərli giləmeyvənin adını açıqlayıb.
Bu barədə Rusiya mediasına danışan qastroenteroloq deyib ki, ən zərərli giləmeyvə üzümdür.
"Üzümün tərkibində çoxlu miqdarda qlükoza var, ona görə də şəkərli diabetdən, qaraciyər sirrozundan və artıq çəkidən əziyyət çəkən insanlara bu giləmeyvə tövsiyə olunmur. Orta hesabla 100 q üzümün tərkibində 16 q şəkər var" - Utyumova bildirib.
Belə ki, üzümün həddindən artıq yeyilməsi çəki artımına səbəb ola bilər. Bu giləmeyvənin 100 qr-dakı kalorisi 60 ilə 78 kkal arasında dəyişir. Həmçinin C vitamininin çox olmasına görə də üzüm güclü allergen hesab olunur.
"Bundan əlavə, üzüm mədə şirəsinin ifrazını stimullaşdırır, buna görə də mədə və ya onikibarmaq bağırsağın xorasından əziyyət çəkən insanlar xəstəliyin kəskinləşmə dövrlərində bu giləmeyvədən imtina etməlidirlər" - mütəxəssis vurğulayıb.
Utyumova onu da qeyd edib ki, üzüm tumlarının tərkibində zəhərli birləşmələrin olması mümkündür, ona görə də bu tumları həddindən çox orqanizmə daxil etdikdə mədə pozğunluğuna səbəb ola bilər.
Xəbər lenti
0