Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Bakıda faşizm üzərində Qələbə günü necə qeyd olundu

Abunə olmaq
Böyük Vətən Müharibəsində Qələbənin 79-cu ildönümünün qeyd olunması ərəfəsində ictimaiyyət qəhrəmanların xatirəsini ehtiramla yad etmək üçün Bakının Nərimanov rayonundakı Qardaşlıq məzarlığı Memorialının yanında toplaşıblar. Təfərrüatlar - videomuzda.
Hər il olduğu kimi, MDB ölkələrinin səfirləri, rəsmi şəxslər və İkinci Dünya Müharibəsi iştirakçılarının yaxınları faşizm üzərində Qələbə uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsini ehtiramla yad ediblər.
Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Yevdakimov Sputnik Azərbaycan-a müsahibəsində qəhrəmanların xatirəsini yad etdiyinə və hər il Qələbə Gününü qeyd etdiyinə görə Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirib.
"Çox xoşdur ki, Rusiyada olduğu kimi, Azərbaycanda da tariximizə, Böyük Vətən Müharibəsində qələbəyə diqqət yetirirlər. Ölkələrimizin münasibətlərində heç bir problem yoxdur, dövlət başçıları görüşür, ümumi mövzuları müzakirə edirlər", - Rusiya səfiri bəyan edib.
Təəssüf ki, İkinci Dünya Müharibəsi veteranlarının sayı hər il daha da azaldığından, sağ olanlar isə yaş və sağlamlıq vəziyyətinə görə evdən çıxa bilmədiklərindən tədbirə qatıla bilməyiblər. Ancaq tədbir iştirakçıları arasında İkinci Dünya Müharibəsi iştirakçılarının çoxlu qohumları var idi. Onlar əllərində atalarının və babalarının portretlərini tutur, qəhrəmanlıqlarından qürurla danışırdılar.
Xəbər lenti
0