DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ-da "Boeing"lə bağlı yeni araşdırma başlanıb

© AP Photo / Ted S. WarrenBoeing
Boeing - Sputnik Azərbaycan, 1920, 08.05.2024
Abunə olmaq
Son vaxtlar "Boeing" təyyarələrində texniki problemlər barədə xəbərlər getdikcə tez-tez peyda olur.
BAKI, 8 may — Sputnik. ABŞ Federal Aviasiya İdarəsi (FAİ) Amerikanın aerokosmik korporasiyası olan "Boeing" ilə bağlı yeni araşdırmaya başlayıb.
"Wall Street Journal"ın jurnalistləri bunun səbəbini açıqlayıblar.
KİV-in məlumatına görə, istintaqın başlanması üçün ilkin şərt şirkət əməkdaşlarının işi ilə bağlı mübahisəli məlumatlar olub. Ola bilsin ki, onlar "Boeing 787 Dreamliner"lərin bəzi təftişlərini atlayıb və hesabatları saxtalaşdırıblar.
Bu barədə FAİ-yə istehsalçının özü məlumat verib. O, bəzi vacib prosedurların "tamamlamamış" ola biləcəyini qeyd edib.
Xatırladaq ki, son vaxtlar "Boeing" təyyarələrində texniki problemlər barədə xəbərlər getdikcə tez-tez peyda olur. Çətinliklərdən biri "787 Dreamliner" ilə yaranıb. Yığım prosesindəki qüsurlara görə onlar təhlükəli adlanırlar. Bir çox aviasiya mütəxəssisləri təyyarələrin, sözün əsl mənasında "havada parçalana biləcəyinə" inanırlar.
Xəbər lenti
0