Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya xalqının maraqları və təhlükəsizliyi mənim üçün hər şeydən üstün olacaq - Putin

© Sputnik / Артем Геодакян / POOL / Mediabanka keçidRusiya Prezidenti Vladimir Putin
Rusiya Prezidenti Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 07.05.2024
Abunə olmaq
Rusiya prezidenti bildirib ki, Rusiyanın taleyini bugünkü və gələcək nəsillər naminə Rusiya xalqı müstəqil şəkildə müəyyən edəcək.
BAKI, 7 may — Sputnik. Rusiya Prezidenti Vladimir Putin prezident kimi fəaliyyətə başlayarkən ölkənin bütün regionlarında yaşayan Rusiya vətəndaşlarına ürəkdən təşəkkür edib.
"Hörmətli Rusiya vətəndaşları, xanımlar və cənablar, əziz dostlar, Prezident vəzifəsinin icrasına başladığım bu təntənəli və məsuliyyətli dəqiqələrdə mən ölkəmizin bütün bölgələrində yaşayan Rusiya vətəndaşlarına, tarixi torpaqlarımızın sakinlərinə, Vətənlə birlikdə olmaq hüququnu müdafiə edənlərə ürəkdən təşəkkür etmək istəyirəm" - Putin andiçmə mərasimi zamanı deyib.
Rusiya Prezidenti Vladimir Putin əmin edib ki, onun üçün Rusiya xalqının maraqları və təhlükəsizliyi hər şeydən üstün olacaq.
"Sizi əmin edirəm ki, bundan sonra da Rusiya xalqının maraqları və təhlükəsizliyi mənim üçün hər şeydən üstün olacaq" - Putin andiçmə mərasimində çıxışı zamanı deyib.
Rusiya prezidenti bildirib ki, Rusiyanın taleyini bugünkü və gələcək nəsillər naminə Rusiya xalqı müstəqil şəkildə müəyyən edəcək.
"Milyonlarca insanın birləşmiş iradəsi böyük bir qüvvədir. Rusiyanın taleyini özümüz və yalnız özümüz təyin edəcəyimizə inanırıq" - Putin Kreml Sarayında keçirilən təntənəli açılış mərasimində bildirib.
Rusiya prezidenti Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 07.05.2024
RUSİYA
Putinin andiçmə mərasimi başa çatıb: Patriarx Kirill Şükranlıq duası oxuyub
Xəbər lenti
0