Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putinin andiçmə məraisimində uşaqlar da iştirak edib

© Sputnik / Григорий Сысоев / Mediabanka keçidPutinin andiçmə məraisimi
Putinin andiçmə məraisimi - Sputnik Azərbaycan, 1920, 07.05.2024
Abunə olmaq
Peskov bildirib ki, prezident ilk dəfə olaraq uşaqları inauqurasiyaya dəvət etmək qərarına gəlib.
BAKI, 7 may — Sputnik. Rusiya Federasiyasının yeni seçilmiş prezidenti Vladimir Putinin andiçmə mərasimində bu gün Kremldə təxminən 2,6 min adam iştirak edib. Bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.
"Ümumilikdə təxminən 2600 nəfər iştirakçı var. Bura senatorlar, hökumət rəhbərliyi, dövlət başçısının administrasiyası, prezidentin etibarlı şəxsləri, prezidentin şəxsi qonaqları daxildir" - Kreml nümayəndəsi qeyd edib.
Peskov bildirib ki, prezident ilk dəfə olaraq uşaqları inauqurasiyaya dəvət etmək qərarına gəlib: "Bunlar onun son illərdə bu və ya digər şəkildə ünsiyyətdə olduğu uşaqlardır".
Qeyd edək ki , Rusiya liderinin andiçmə mərasimi bu gün baş tutacaq. Bu, onun beşinci prezidentlik müddətidir.
Rusiya prezidenti Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 07.05.2024
RUSİYA
Putinin andiçmə mərasimi başa çatıb: Patriarx Kirill Şükranlıq duası oxuyub
Xəbər lenti
0