DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Polis Eçmiədzində silahlı şəxsləri saxlayıb

© Sputnik Aram Nersesyan / Mediabanka keçidİrəvanda etrazlar
İrəvanda etrazlar - Sputnik Azərbaycan, 1920, 11.05.2024
Abunə olmaq
Bir qədər əvvəl yerli mətbuat səhər saatlarında şəhərin bir neçə sakininin saxlanıldığı barədə xəbər dərc edib.
BAKI, 11 may — Sputnik. Ermənistan polisi İrəvanın Eçmiədzin rayonunda qanunsuz silah-sursat saxlamaqda şübhəli bilinən 6 nəfəri saxlayıb.
Bu barədə məlumatı ölkənin Daxili İşlər Nazirliyi yayıb.
Bir qədər əvvəl yerli mətbuat səhər saatlarında şəhərin bir neçə sakininin saxlanıldığı barədə xəbər dərc edib. Onların yaxın saatlarda əraziyə gələcəyi gözlənilən baş nazir Nikol Paşinyanın səfərinə etiraz əlaməti olaraq yerli məktəblərdən birinin qarşısına toplaşdığı bildirilib.
Qeyd edək ki, N. Paşinyanın sözügedən məktəbə baş çəkəcəyi gözlənilir.
07.05.24, 19:20
Paşinyan Ermənistanda qarışıqlıq yaradanların kimliyini açıqladı
Bütün ermənilərin katolikosu bu gün faktiki olaraq siyasi hərəkata rəhbərlik edir, onun son benefisiarı eks-prezident Robert Köçəryandır. Bu barədə o, bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Bununla da Paşinyan Tavuş yeparxiyasının rəhbəri Baqrat Qalstanyanın rəhbərlik etdiyi və Tavuşda delimitasiya və ərazi güzəştlərinə qarşı yönəlmiş "Vətən naminə Tavuş" etiraz yürüşünə işarə edib.
Onun fikrincə, bu hərəkatın məqsədi sələflərin hakimiyyətə qayıtmasıdır. Baş nazir bildirib ki, hələ 2021-ci ildə "Hayastan" blokunun lideri (ikinci prezident Robert Köçəryanı nəzərdə tutur – red.) kilsə vasitəsilə Ermənistanda hakimiyyət dəyişikliyi ssenarisini təqdim edib.
Paşinyan hesab edir ki, əgər katolikos hansısa hərəkata xeyir-dua verirsə, deməli, bu, hərəkata liderlikdən başqa bir şey deyil. Onun sözlərinə görə, katolikosun icazəsi və hətta göstərişi olmadan keşiş siyasi mətnləri tələffüz edə bilməz.
Xəbər lenti
0