DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Maduro: Putin müasir Rusiyanı yeni supergüc səviyyəsinə çatdırıb

© AP Photo / Vahid SalemiNikolas Maduro
Nikolas Maduro - Sputnik Azərbaycan, 1920, 07.05.2024
Abunə olmaq
Venesuela lideri vurğulayıb ki, seçkilərdəki qələbə Rusiya xalqının Putinin tərəfində olduğunu göstərir.
BAKI, 7 may — Sputnik. Vladimir Putin Rusiya Federasiyasını yeni fövqəldövlət səviyyəsinə qaldırıb. O, ən böyük dünya liderlərindən biridir.
Bunu Venesuela lideri Nikolas Maduro deyib.
"Vladimir Putin bu gün dünyanın ən böyük liderlərindən biridir. O, Rusiyanı artıq yeni supergüclərdən birinə çevirən inkişaf mərhələsinə gətirib" – Maduro sözünə davam edib.
Venesuela lideri vurğulayıb ki, seçkilərdəki qələbə Rusiya xalqının Putinin tərəfində olduğunu göstərir.
Nikolas Maduro qeyd edib ki, Putin SSRİ-nin dağılmasından sonra rekord qısa müddətdə Rusiya Federasiyasını birləşdirib və ölkəni iqtisadi, sosial, texnoloji və hərbi inkişafın ən yüksək səviyyələrinə
"Prezident Putin! Mən sizə buradan, Venesueladan bəyan edirəm. Xalqımız sizi sevir, dəstəkləyir və hörmət edir! Biz taleyimiz olan çoxqütblü dünyaya doğru birlikdə irəliləyəcəyik" - Maduro "Maduro ilə+" proqramında deyib.
Xatırladaq ki, Rusiyada prezident seçkiləri bu il martın 17-də keçirilib. Səsvermənin nəticələrinə görə, Putin 87,28 faiz səs toplayıb.
Xəbər lenti
0