CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 6 may - FOTO

© Sputnik / Elnur Salayev6 may
6 may - Sputnik Azərbaycan, 1920, 06.05.2024
Abunə olmaq
Bu gün dünyada və ölkədə müxtəlif illərdə hansı hadisələr baş verib – "Sputnik Azərbaycan"ın icmalında oxuyun.
BAKI, 6 may — Sputnik. Mayın 6-da bir çox dünya şöhrətli aktyorlar, elm adamları, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Mayın 6-da kimlər dünyaya gəlib?
Hicran Hüseynov (1942-2013) - Azərbaycanın əməkdar artisti, diktor, aktyor. O, 1971-ci ildə AzTV-də işləməyə başlayıb, orada yüksək səviyyəli diktor vəzifəsinə qədər yüksəlib.
© Photo : Public domainHicran Hüseynov
Hicran Hüseynov - Sputnik Azərbaycan, 1920, 06.05.2024
Hicran Hüseynov
Ziqmund Freyd (1856-1939) - Avstriyalı psixoloq və nevroloq. 20-ci əsrin psixologiyasına, təbabətinə, sosiologiyasına, antropologiyasına, ədəbiyyatına və incəsənətinə əhəmiyyətli təsir göstərmiş psixoanalizin banisi.
© AP PhotoZiqmund Freyd
Отец психоанализа Зигмунд Фрейд позирует скульптору Оскару Неману, Вена, 1931 год - Sputnik Azərbaycan, 1920, 06.05.2024
Ziqmund Freyd
Vladimir Etuş (1922-2019) - sovet və rus teatr və kino aktyoru, SSRİ xalq artisti. 2003-2019-cu illərdə - B. Şukşin ad. Teatr İnstitutunun bədii rəhbəri. Onun iştirakı ilə məşhur filmlər "İvan Vasilyeviç peşəsini dəyişir", "Qafqaz əsiri", "31 iyun" filmləridir.
© Sputnik / Yevgeny BiyatovVladimir Etuş
Vladimir Etuş  - Sputnik Azərbaycan, 1920, 06.05.2024
Vladimir Etuş
Aleksandr Belyavski (1932-2012) - sovet və rus teatr və kino aktyoru, Rusiya Federasiyasının xalq artisti. O, Sovet televiziyasında əyləncəli yumoristik proqram olan "Kabaçok "13 stul"da iştirak edib, yüzdən çox film və televiziya serialda - "Dörd tankçı və bir it", "Tufanın üzərinə gedirəm", "Taleyin istehzası, yaxud həmişə təmizlikdə", "Görüş yerini dəyişmək olmaz", "Briqada" kinofilm və teleseriallarında rol alıb.
© SputnikAleksandr Belyavski
Aleksandr Belyavski  - Sputnik Azərbaycan, 1920, 06.05.2024
Aleksandr Belyavski
Corc Kluni (1961) - ABŞ kinoaktyoru, kinorejissoru, ssenaristi. O, "Təcili yardım" televiziya serialı, "Gün batandan doğana qədər", "Gözdən uzaq", "İncə qırmızı sap" filmləri ekranlara çıxdıqdan sonra geniş tanınıb. "Oskar" və "Qızıl Qlobus" mükafatlarının laureatıdır.
© AP Photo / Alastair GrantCorc Kluni
Американский актер Джордж Клуни, фото из архив - Sputnik Azərbaycan, 1920, 06.05.2024
Corc Kluni
Maksim Fadeyev (1968) - rus bəstəkarı, musiqi prodüseri, Rusiya Federasiyasının əməkdar artisti.
© Sputnik / Yekaterina Chesnokova / Mediabanka keçidMaksim Fadeyev
Режиссёр Максим Фадеев - Sputnik Azərbaycan, 1920, 06.05.2024
Maksim Fadeyev
Mayın 6-da dünyada baş verən tarixi hadisələr
1312-ci ildə Vyana Şurası Papanın səlib yürüşü elan etmək niyyətini təsdiqləyib.
1626-cı ildə Niderlanddan olan müstəmləkəçi Peter Mineyt hazırkı Manhetteni yerli sakinlərdən 25 dollar dəyərində olan bir ovuc zərgərlik məmulatına satın alıb.
1902-ci ildə, 20-ci əsrin ən böyük gəmi qəzalarından biri baş verib: Benqal körfəzində, Ranqun yaxınlığında, Britaniya bayrağı altında üzən Kamorta gəmisini siklon yaxalayıb və o, qəzaya uğrayıb. Qəza 655 nəfərin həyatına son qoyub.
1994-cü ildə Böyük Britaniya kraliçası II Yelizaveta və Fransa Prezidenti Fransua Mitteran La-Manş boğazının altında tunel açıblar.
2004-cü ildə Azərbaycan Prezidenti tərəfindən "İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı" təsdiq edilib. 2009-cu ildən etibarən hər il respublikada may ayının ilk həftəsi "İnsan alverinə qarşı mübarizə" devizi altında keçirilir və 6 may İnsan Alverinə Qarşı Mübarizə Günü kimi qeyd olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0