Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib - YENİLƏNİB

© Sputnik / Екатерина Штукина / Mediabanka keçidSlovakiyanın baş naziri Robert Fitso, arxiv
Slovakiyanın baş naziri Robert Fitso, arxiv - Sputnik Azərbaycan, 1920, 06.05.2024
Abunə olmaq
Səfərdə Fitsonu sahibkarlar, iqtisadiyyat, nazirlər müşayiət edirlər.
BAKI, 6 may — Sputnik. Slovakiya Respublikasının Baş naziri Robert Fitso mayın 6-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazirin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Slovakiyanın Baş naziri Robert Fitsonu hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşıladılar.
06.05.24, 17:13
Slovakiyanın baş naziri Robert Fitso Azərbaycana gəlir. Bu barədə Slovakiya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, səfər zamanı Azərbaycan prezidenti İlham Əliyevlə Azərbaycan qazının Slovakiyaya mümkün tədarükünü müzakirə ediləcək.

"Fitso Bakıya səfəri çərçivəsində mayın 7-də Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək və onunla iqtisadi əməkdaşlığın və ikitərəfli münasibətlərin dərinləşdirilməsini müzakirə edəcək. İclasın mövzusu həm də Azərbaycan qazının Slovakiyaya nəqli imkanları olacaq", - Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib.

Bundan əlavə, strateji tərəfdaşlıq haqqında bəyannamə və müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında sazişin imzalanması planlaşdırılır.
Səfərdə Fitsonu sahibkarlar, iqtisadiyyat, xarici işlər və müdafiə nazirləri müşayiət edəcək. Bu, Fitsonun Aİ üzvü olmayan ölkəyə ilk xarici səfəri olacaq.
Fitso daha əvvəl bildirmişdi ki, may ayında Slovakiya nümayəndə heyəti qaz tədarükünün şaxələndirilməsi yollarını öyrənmək üçün Azərbaycana səfər edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0