Вид на город Ханкенди, фото из архива - Sputnik Azərbaycan, 1920, 19.09.2023
Qarabağın dirçəlişi və reinteqrasiyası

Ötən həftə 2 min hektardan çox ərazi minalardan təmizlənib - VİDEO

© Azerbaijan National Agency for Mine ActionANAMA əməkdaşları iş başında, arxiv
ANAMA əməkdaşları iş başında, arxiv  - Sputnik Azərbaycan, 1920, 06.05.2024
Abunə olmaq
Minatəmizləmə Agentliyi həftəlik məlumatı təqdim edib.
BAKI, 6 may - Sputnik. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən aprelin 29-dan mayın 5-dək icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumatı açıqlayıb.
ANAMA-danbildirilib ki, ötən həftə Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 26, tank əleyhinə 53 mina və 378 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Ötən həftə ərzində 2046.3 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0