Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

İngiltərədə simulyatorda oynayan şəxs futbol klubunu necə yüksək diviziona çıxarıb

© AFP 2023 / PAUL ELLISFutbol topu
Futbol topu - Sputnik Azərbaycan, 1920, 06.05.2024
Abunə olmaq
İyirmi üç yaşlı Ovolabi əvvəllər "Uembli" stadionunda bələdçi işləyib.
BAKI, 6 may — Sputnik. İngiltərə futbolunda qəribə hal yaşanıb. Belə ki, "Football Manager" futbol simulyatorunda oynayan Natan Ovolabi ölknin "Bromli" klubunun taktiki meneceri vəzifəsinə təyin olunub. Vəzifəyə təyin olunduqdan sonra Ovolabi komandanın son 132 ildə ilk dəfə olaraq İngiltərə çempionatının dördüncü divizionuna çıxmasına kömək edib.
Xarici KİV-lərin yaydığı xəbərə görə, bazar günü milli liqanın "Uembli"də keçirilən final matçında "Bromli" klubu "Solihall" üzərində penaltilər seriyasında (2:2, penaltilərdə 4:3) qalib gələrək İngiltərə çempionatının dördüncü divizionuna yüksəlib.
Bildirilir ki, Ovolabi fevral ayında "Football Manager" oyununun turnirində qalib gəldikdən sonra bu vəzifəyə təyin edilib.
O, hazırda uğur qazanmaq üçün lazım olan taktiki qərarların incəliklərini başa düşməkdən ötrü komandanın məşqçilər korpusu ilə birlikdə biliyini artıracaq. İyirmi üç yaşlı Ovolabi əvvəllər "Uembli" stadionunda bələdçi işləyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0