Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Kreml Putin-Paşinyan görüşünə böyük əhəmiyyət verir

© Sputnik / POOL / Mediabanka keçidRusiya Federasiyasının Prezidenti Putin Ermənistanın baş naziri Paşinyan
Rusiya Federasiyasının Prezidenti Putin Ermənistanın baş naziri Paşinyan - Sputnik Azərbaycan, 1920, 06.05.2024
Abunə olmaq
Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi xatırladıb ki, Putin və Paşinyan uzun müddətdir ki, bir-birini görmürlər, sonuncu görüş 2023-cü il dekabrın sonunda baş tutub.
BAKI, 6 may — Sputnik. Kreml mayın 8-də Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçiriləcək görüşə böyük əhəmiyyət verir. Bunu Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.
Paşinyan Moskvaya Avrasiya İqtisadi İttiaqının yubiley sammitinə gələcək. Həmin gün Ermənistanın baş naziri ilə Rusiya Federasiyasının prezidenti arasında ikitərəfli görüş olacaq.
Uşakov jurnalistlərə deyib ki, bu görüş bir çox məsələlərin həllinə kömək edəcək.
© Sputnik / Алексей Никольский / Mediabanka keçidYuri Uşakov
Юрий Ушаков - Sputnik Azərbaycan, 1920, 06.05.2024
Yuri Uşakov
Prezidentin köməkçisi xatırladıb ki, Putin və Paşinyan uzun müddətdir ki, bir-birini görmürlər, sonuncu görüş 2023-cü il dekabrın sonunda baş tutub və bundan sonra liderlər praktiki olaraq ünsiyyət qurmayıblar.
Uşakovun sözlərinə görə, Kreml gözləyir ki, Rusiya prezidenti və Ermənistanın baş naziri ikitərəfli münasibətlərdəki problemli məsələləri açıq şəkildə müzakirə edəcəklər.
O, həmçinin xatırladıb ki, Paşinyan apreldə Moskva ilə münasibətlərin ağır günlər keçirdiyini deyib və son vaxtlar iki ölkə liderləri arasında təmasların nəzərəçarpacaq dərəcədə azaldığını qeyd edib.

"Ermənistanda Həm Rusiyaya, həm də KTMT-yə qarşı tənqidlər səslənir. Bilirsiniz ki, Ermənistan KTMT-də iştirakdan faktiki olaraq imtina etməyib, lakin onlar təlimlərdə iştirak etmirlər. Eyni zamanda, Ermənistanda Avropa İttifaqına üzv olmaqla yanaşı, Qərblə dialoq nümayişkaranə şəkildə inkişaf edir. Bu baxımdan liderlər arasında müzakirə tələb olunan məsələlər yığılıb qalıb", - Rusiya Federasiyası Prezidentinin köməkçisi bildirib.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0