Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

"Heyvanlarla məsuliyyətli davranış haqqında" yeni qanun layihəsi hazırlanır

© Sputnik / Murad OrujovSahibsiz it, arxiv
Sahibsiz it, arxiv - Sputnik Azərbaycan, 1920, 06.05.2024
Abunə olmaq
Ölkəmizdə heyvanlarla davranış sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə əlaqədar təkliflərin dinlənilməsi və müzakirəsi məqsədilə növbəti ictimai dinləmə keçirilib.
BAKI, 6 may — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən "Heyvanlarla məsuliyyətli davranış haqqında" Azərbaycan Respublikasının Qanunu layihəsinin hazırlanması ilə bağlı ictimaiyyətin məlumatlandırılması, eyni zamanda, ölkəmizdə heyvanlarla davranış sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə əlaqədar təkliflərin dinlənilməsi və müzakirəsi məqsədilə növbəti ictimai dinləmə keçirilib.
Sputnik Azərbaycan Trend-ə istinadən xəbər verir ki, tədbirdə ekoloqlar, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvləri, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin nümayəndəsi və digər maraqlı tərəflər iştirak edib.
Görüşdə heyvanlarla davranışda qəddarlıq hallarının və belə hallara cəmiyyətin laqeydliyinin aradan qaldırılması məqsədilə fiziki və hüquqi şəxslər tərəfindən heyvanların saxlanması, onlarla davranış zamanı yaranan münasibətlərin hüquqi əsaslarının müəyyən edilməsi istiqamətində qanunvericilik sistemində yeni təkmilləşdirilmələrin həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb.
İctimai dinləmədə cəmiyyətdə humanizmin inkişafı və heyvanlarla davranış zamanı məsuliyyətliliyin, eyni zamanda hüquqi şüurun daha da artırılması ilə əlaqədar iştirakçıların fikirləri dinlənilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0