Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

"Boeing" Rusiyaya qarşı sanksiyalara görə istehsal problemləri ilə üzləşməyə başlayıb

CC BY-SA 2.0 / Alan Wilson / Boeing 787-9 ‘B-17882’ EVA AirBoeing 787-9 ‘B-17882’ EVA Air
Boeing 787-9 ‘B-17882’ EVA Air - Sputnik Azərbaycan, 1920, 05.05.2024
Abunə olmaq
İstilik dəyişdiricilərinin çatışmazlığı ilə yanaşı, şirkət üçüncü tərəf təchizatçılarından sərnişin oturacaqlarının çatışmazlığı ilə də üzləşir.
BAKI, 5 may — Sputnik. Amerikanın “Boeing” aerokosmik korporasiyası Rusiya əleyhinə sanksiyalara görə bir sıra çətinliklərlə üzləşib.
Bu barədə “The Wall Street Journal” məlumat yayıb.
"Boeing 787 Dreamliner" üçün istilik nəzarət avadanlığı istehsalçısı olan “RTX” şirkəti Rusiyada xüsusi hərbi əməliyyat başlayandan qısa müddət sonra fəaliyyətini dayandırıb. Bu baxımdan, “Boeing” ABŞ və Böyük Britaniyada təyyarə istehsalını artırmağa çalışarkən istehsal gücü çatışmazlığı ilə üzləşib.
İstilik dəyişdiricilərinin çatışmazlığı ilə yanaşı, şirkət üçüncü tərəf təchizatçılarından sərnişin oturacaqlarının çatışmazlığı ilə də üzləşir.
Nəticədə şirkət investorlarına "Dreamliner" istehsalının 2024-cü ilin ortalarında yavaşlayacağı barədə xəbərdarlıq etmək məcburiyyətində qalıb, lakin “Boeing” ilin sonuna qədər ayda beş təyyarə olmaqla əvvəlki istehsal səviyyələrinə qayıtmağa ümid edir.
“Boeing”in keyfiyyət üzrə mühəndisi Sem Salehpur bir müddət əvvəl demişdi ki, "787 Dreamliner"də uçuşlar montaj prosesindəki qüsurlara görə təhlükəlidir, üstəlik, uçuş zamanı o, parçalana bilər.
Xəbər lenti
0