CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 4 may – FOTO

© Sputnik4 may
4 may - Sputnik Azərbaycan, 1920, 04.05.2024
Abunə olmaq
Bu gün dünyada və ölkədə müxtəlif illərdə hansı hadisələr baş verib - Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 4 may — Sputnik. Mayın 4-də bir çox dünya şöhrətli aktyorlar, elm adamları, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gün də tarixə düşən hadisələr baş verib.
Mayın 4-də kimlər dünyaya gəlib?
Əlimərdan bəy Topçubaşov (1863-1934) — Azərbaycan ictimai və dövlət xadimi, hüquqşünas və jurnalistdir. O, Rusiya I Dövlət Dumasının deputatı, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədridir (1918-1920).
© Photo : Public DomenƏlimərdan bəy Ələkbər oğlu Topçubaşov
Əlimərdan bəy Ələkbər oğlu Topçubaşov - Sputnik Azərbaycan, 1920, 03.05.2024
Əlimərdan bəy Ələkbər oğlu Topçubaşov
Odri Hepbörn (1929-1993) – İngiltərə aktrisası, model və rəqqasədir. O, kino və modanın tanınmış ikonasıdır. Onun karyerasının zirvəsi Hollivudun "qızıl dövrü"nə təsadüf edir. Amerika Film İnstitutu Odri Hepberni ABŞ kinosunun ən böyük aktrisaları siyahısında üçüncü yerə layiq görüb. O, "Milyonu necə oğurlamalı", "Roma tətilləri", "Sabrina" və "Mənim gözəl xanımım" filmlərində rol alıb.
© Photo : Shutterstock/FotodomOdri Hepbern
Одри Хепбёрн. Изучаем детали вечно модного образа - Sputnik Azərbaycan, 1920, 03.05.2024
Odri Hepbern
Tatyana Samoylova (1934-2014) - Sovet və Rusiya aktrisası, RF xalq artistidir. Aktrisa "Durnalar uçur" filmi ilə böyük şöhrət qazanır. Ekran əsəri 1958-ci ildə "Kann" kinofestivalının baş mükafatına ("Qızıl palma budağı"), Tatyana isə "Ən təvazökar və cazibədar aktrisa" adına layiq görülür.
© Sputnik / Сергей ГунеевTatyana Samoylova
Актриса кино Татьяна Самойлова  - Sputnik Azərbaycan, 1920, 03.05.2024
Tatyana Samoylova
Burcu Biricik (1989) – Türkiyə teatr və kino aktrisası və modeldir. O "Şərəf məsələsi", "Qarğa", "Həyat nəğməsi", "Şüşə arxasındakı qız", "Möhtəşəm əsr" və s. film və seriallarda müxtəlif obrazları canlandırıb.
Mayın 4-də dünyada baş verən tarixi hadisələr
1807-ci ildə Fransa ilə Qacar dövləti arasında İngiltərə və Rusiyaya qarşı Fransa-Qacar alyansının əsasını qoyan Finkenşteyn müqaviləsi bağlanıb.
1896-cı ildə Londonda gündəlik "Daily Mail" qəzetinin ilk nömrəsi nəşr olunub.
1927-ci ildə ABŞ-da "Oskar" film mükafatını təsis edən Kino Sənəti Akademiyası yaradılıb.
© AFP 2023 / MARK RALSTONABŞ-da "Oskar" film mükafatı
Статуя Оскара, фото из архива - Sputnik Azərbaycan, 1920, 03.05.2024
ABŞ-da "Oskar" film mükafatı
1959-cu ildə nüfuzlu "Grammy" musiqi mükafatının ilk təqdimetmə mərasimi keçirilib.
© AFP 2023 / Don Emmert"Grammy" musiqi mükafatı
Канадская певица Алессия Кара на церемонии вручения Грэмми в Нью-Йорке  - Sputnik Azərbaycan, 1920, 03.05.2024
"Grammy" musiqi mükafatı
1994-cü ildə Azərbaycan Respublikası NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" (SNT) proqramına qoşulub. Azərbaycan NATO-nun sülhün qorunması əməliyyatlarında iştirak edib: 1999-2008-ci illərdə - Kosovoda (KFOR), 2003-cü ildən isə Əfqanıstanda (ISAF).
© AFP 2023 / JONATHAN NACKSTRANDNATO
Военные NATO - Sputnik Azərbaycan, 1920, 03.05.2024
NATO
1999-cu ildən Beynəlxalq Yanğınsöndürənlər Günü qeyd olunur. Bu gün 1998-ci ilin dekabrında Avstraliyada meşə yanğınının söndürülməsində beş yanğınsöndürənin ölümündən sonra təsis edilib.
© Sputnik / Irade JELILYanğınsöndürən
Eurohome tikinti bazarında yanğın - Sputnik Azərbaycan, 1920, 03.05.2024
Yanğınsöndürən
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0