Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Şəkidə iki nəfər odlu silahla qətlə yetirilib

© Sputnik / Rahim MuradovLüləsi və qundağı kəsilmiş ov tüfəngi
Lüləsi və qundağı kəsilmiş ov tüfəngi - Sputnik Azərbaycan, 1920, 04.05.2024
Abunə olmaq
Faktla bağlı araşdırma aparılır.
BAKI, 4 may - Sputnik. Şəki rayonu Baş Şabalıd kəndində 1966-cı il təvəllüdlü Sədiyev Azər Sədi oğlu və 1957-ci il təvəllüdlü Məmmədsoy İsrafil Əhmədiyyə oğlunun ov silahı ilə qətlə yetirilmələri barədə polisə məlumat daxil olub.
Bu barədə DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.
Məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən 1965-ci il təvəllüdlü Namik Məmmədov hadisədən sonra özünə xəsarət yetirib. O, xəstəxanaya yerləşdirilib.
Araşdırma aparılır.
Xəbər lenti
0