Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

MSK sədri parlament seçkilərinə hazırlıq prosesindən danışıb

© Sputnik / Murad OrujovMərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov  - Sputnik Azərbaycan, 1920, 10.05.2024
Abunə olmaq
Bununla bağlı geniş maarifləndirmə işlərinə başlanılıb
BAKI, 10 may - Sputnik. Parlament seçkilərinə hazırlıq prosesi davam edir.
“Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bununla bağlı geniş maarifləndirmə işlərinə başlanılıb: "Maarifləndirmə proqramı təsdiq edilib və Mərkəzi Seçki Komissiyası bunu bəyənib. Bu günlərdə MSK-nın iclasında məsələni müzakirə edəcəyik".
02.05.24
Qanunvericiliyə əsasən, bu ilin noyabrında parlament seçkiləri olmalıdır.
“Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.
MSK sədri qeyd edib ki, ancaq seçkilərin müddəti önə də çəkilə bilər: “Parlament seçkilərini nəzərə alaraq, seçki komissiyalarının üzvlərinin maarifləndirilməsi ilə bağlı müəyyən işlərə artıq başlanılmalıdır”.
"Azərbaycanda keçiriləcək mötəbər tədbir olan COP29-la parlament seçkilərinin vaxtı eyni zaman kəsiyinə təsadüf etdiyi üçün seçkilərin önə çəkilməsi barədə qərar verilə bilər" - M.Pənahov əlavə edib.
Qeyd edək ki, bu ilin noyabrında Azərbaycan COP29-a ev sahibliyi edəcək. Konfrans Bakı Olimpiya Stadionunda baş tutacaq.
Xəbər lenti
0