DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyə Energetika Nazirliyi Rusiyanın ölkəni enerji böhranından xilas etdiyini bildirib

© Sputnik / Михаил КлиментьевTürkiyə Rusiya
Türkiyə Rusiya - Sputnik Azərbaycan, 1920, 30.04.2024
Abunə olmaq
RF Türkiyəyə ən böyük təbii qaz tədarükçüsü olaraq qalır - ölkəyə əsasən boru kəmərləri ilə daxil olan Rusiya mavi yanacağı 2023-cü ildə istehlakın 40%-dən çoxunu təşkil edib.
BAKI, 30 aprel — Sputnik. Rusiya Federasiyası ilə qaz tədarükü müqavilələri Ankaraya ölkədə qərb ölkələrini əhatə edən enerji böhranının qarşısını almağa imkan verib. Bunu Türkiyənin energetika naziri Alparslan Bayraktar bildirib.

"Rusiya ilə rəqabətli sövdələşmələr Türkiyəyə Qərb ölkələrini bürüyən enerji böhranından qaçmağa kömək etdi" – "Financial Times" onun sözlərindən sitat gətirib.

Nəşr qeyd edib ki, RF Türkiyəyə ən böyük təbii qaz tədarükçüsü olaraq qalır - ölkəyə əsasən boru kəmərləri ilə daxil olan Rusiya mavi yanacağı 2023-cü ildə istehlakın 40%-dən çoxunu təşkil edib.
© iStock.com / Zuka83Qaz kəməri, arxiv
Трубная арматура для нефтяной и газовой промышленности - Sputnik Azərbaycan, 1920, 30.04.2024
Qaz kəməri, arxiv
Bundan əlavə, Türkiyə son on il ərzində idxal həcmi iki dəfə artmış MTQ-nin qəbulu və saxlanması üçün öz infrastrukturunu genişləndirmək niyyətindədir. Belə ki, 2023-cü ildə Türkiyənin təbii qaz idxalının, təxminən 30%-i MTQ-dən əldə edilib, halbuki, 2014-cü ildə bu rəqəm 15% təşkil edib.
Nazir bildirib ki, Ankara, həmçinin, 2025-2026-cı illərdə Rusiya Federasiyası və İranla müqavilələr bitməmişdən əvvəl yeni təbii qaz tədarükçülərinin axtarışı ilə məşğul olur.

"Xüsusilə, Rusiya, Azərbaycan, İran potensial tədarükçülər kimi nəzərdən keçirilir, eyni zamanda Türkiyə hakimiyyəti hansı qazın daha ucuz olduğunu götür-qoy edir. Bundan əlavə, Ankara MTQ-nin alınması ilə bağlı Amerikanın "ExxonMobil" şirkəti ilə danışıqlar aparır" - Bayraktar bildirib.

Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin enerji resursları sahəsində əməkdaşlıq məsələsində Türkiyəni Rusiyanın ən etibarlı tərəfdaşı adlandırıb. Onun sözlərinə görə, qaz "Türk axını" kəməri ilə verilir.
Xatırladaq ki, 2023-cü ilin sonunda Rusiya Qazaxıstanı keçərək Türkiyəyə üçüncü ən böyük qaz tədarükçüsü olub. Ölkəyə ixrac 348 milyon dolları ötüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0