Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Kağız tullantıların maraqlı sonu - Reportaj-Foto-Video

© Sputnik / Zulfiyya GuluyevaKağızın təkrar emal prosesi
Kağızın təkrar emal prosesi - Sputnik Azərbaycan, 1920, 30.04.2024
Abunə olmaq
Sən demə, Azərbaycanda kağız tullantıların bir tonu 100-157 manata qəbul edilir.
BAKI, 30 aprel — Sputnik. Əllərində araba məişət tulllantıları qablarından karton toplayan insanlarla son vaxtlar çox qarşılaşırıq. Onlar günün sonuna qədər böyük kisəyə topladıqları karton tullantıları təhvil vermək, gündəlik dolanışıqlarını təmin etmək üçün harasa tələsirlər. Yəqin ki, bu kağız tullantıların sonu çoxunuzu maraqlandırır.
Sputnik Azərbaycan-ın əməkdaşı ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili"nin elan olunması və COP29 kimi mötəbər tədbirin keçirilməsi çərçivəsində "Azərsun Holdinq" tərəfindən Azərbaycan Kağız və Karton İstehsalı Kombinatı nəzdində fəaliyyət göstərən Kağızın Təkrar Emalı Fabrikininə təşkil olunan mediaturda iştirak edərək bu tullantıların maraqlı sonu ilə tanış olub.
Sən demə, Azərbaycanda kağız tullantıların bir tonu 100-157 manata qəbul edilir. Azərbaycan Kağız və Karton İstehsalı Kombinatı nəzdində fəaliyyət göstərən Kağızın Təkrar Emalı Fabrikinin müdiri Əli Məmmədov Sputnik Azərbaycan-a müsahibəsində bildirib ki, onlar nə qədər kağız tullantı olsa, qəbul edirlər. O bildirib ki, fabrikin illik istehsal gücü 50 000 tondur.
© Sputnik / Zulfiyya GuluyevaKağızın təkrar emal prosesi
Kağızın təkrar emal prosesi - Sputnik Azərbaycan, 1920, 23.04.2024
Kağızın təkrar emal prosesi
Fabrikdə məlumat verilib ki, qəbul olunan tullantıların içərisində yad cisimlər olduğundan hissə-hissə təmizlənir. Daha sonra kağız tullantılar suda həll olunur. Bundan sonra "xəmirhazırlanma" prosesinə başlanılır:

"Fabrik bir neçə hissədən ibarətdir. Qəbul məntəqəsində əldə olunan tullantılar təmizləndikdən sonrakı mərhələdə su ilə qarışdırılır və xəmir formasına salınır. Bu proses bitdikdən sonra makina hissəsinə ötürülür. Sulu halda makina hissəsində kağız müvafiq formaya uyğun hazırlanır, buxarda qurudulduqdan sonra rulonlanaraq anbarlara yerləşdirilir".

O, sifarişlərin çox olduğunu, sifarişə uyğun çəkidə kağız istehsal edildiyini söyləyib. Bildirib ki, kağızlar fabrikdə laboratoriyada da yoxlanılır. Burada məhsulun səthinin əzilməyə qarşı müqaviməti, standartlara uyğun olub-olmadığı öyrənilir. İstehsal olunan kağızın tərkibində nə qədər suyun olduğu da analiz edilir.
© Sputnik / Zulfiyya GuluyevaKağızın təkrar emal prosesi
Kağızın təkrar emal prosesi  - Sputnik Azərbaycan, 1920, 23.04.2024
Kağızın təkrar emal prosesi
Əli Məmmədov fabrikin ekoloji baxımdan böyük əhəmiyyət kəsb etdiyini də vurğulayıb. Onun sözlərinə görə, təkrar emal ildə 850 min ağacın kəsilməsinin qarşısını alır:

"620 mln. m3 karbon qazının ətrafa atılmasının qarşısını alır. Bununla 2 mln m3 suya qənaət edilir. 120000 m3 poliqon sahənin tutulmasının, 87 min ton maye yanacağın qarşısı təkrar emal sayəsində alınır".

© Sputnik / Zulfiyya GuluyevaKağızın təkrar emal prosesi
Kağızın təkrar emal prosesi  - Sputnik Azərbaycan, 1920, 23.04.2024
Kağızın təkrar emal prosesi
O bildirib ki, ölkəmizdə adambaşına formalaşan gündəlik tullantı çəkisi 0,97 kiloqramdır. Bu, il ərzində 350 kq tullantı deməkdir. Azərbaycanda tullantıların təkrar emal faizi 14,4 faizdir.
Fabrik rəhbəri onu da əlavə edib ki, müəssisənin 10 illik fəaliyyəti nəticəsində təxminən 8.5 milyon ağacın qorunmasına töhfə verilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0