Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Cənubi Qafqaz regional əməkdaşlıq modeli hansı perspektivləri vəd edir?

© iStock.com / IstimagesXəritə
Xəritə - Sputnik Azərbaycan, 1920, 30.04.2024
Abunə olmaq
Politoloq hesab edir ki, inteqrasiya olunmuş Cənubi Qafqaz regional əməkdaşlıq modeli isə bölgənin rifahı və daha parlaq gələcəyinin təminatçısı ola bilər.
BAKI, 30 aprel — Sputnik. Aprelin 28-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Azərbaycan dövlət başçısı telefon danışığı zamanı bildirib ki, Azərbaycan regionda hər hansı ayırıcı xətlər olmadan inteqrasiya olunmuş Cənubi Qafqaz regional əməkdaşlıq modelinin qurulmasını dəstəkləyir.

Bəs inteqrasiya olunmuş Cənubi Qafqaz regional əməkdaşlıq modeli nədir? Cənubi Qafqaz bu əməkdaşlıq modelinə hazırdırmı?

Mövzu ilə bağlı politoloq Tofiq Abbasov Sputnik Azərbaycan-a danışıb.
Politoloqun sözlərinə görə, inteqrasiya formatları çoxdur və bu, bir neçə istiqamətdə özünü təsdiqləyir: "Biz bunu Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-Türkiyə-Rusiya, Azərbaycan-Rusiya-İran və başqa formatlarda görə bilərik. Yəni, bu formatlar hamısı Azərbaycanın inteqrasiya modellərinə tam hazırlığının bariz nümunəsidir. Bu əməkdaşlıq modellərinin işləməsi üçün əməli addımlar atılır. Bütün tərəflər və istiqamətlər üzrə qurulmuş uğurlu əməkdaşlıq inteqrasiya olunmuş Cənubi Qaqaz regional əməkdaşlıq modelinin formalaşmasına gətirib çıxarıb. Ancaq bölgədə ümumi vəziyyətə nəzər yetirdikdə sadəcə Ermənistanın bu formatlardan kənarda qalmasını görürük".
Politoloq hesab edir ki, bu da Ermənistan xarici siyasətinin kökündə dayanan xəstə yanaşma ilə bağlıdır: "Ermənistan bir ölkə olaraq qonşularına ərazi iddialarını öz konstitusiyasında və müstəqillik aktında təsbit edib. Bu baxımdan Ermənistanın hazırkı iddiaları fonunda bu formatlarda iştirakçı olmasından söhbət gedə bilməz. Ermənistan hesab edir ki, onun bütün qonşuları ona borcludur. Yəni, Ermənistan bu inteqrasiya prosesinin özündə qeyri-sağlam nüvə kimi çıxış edir. İnteqrasiya olunmuş Cənubi Qafqaz regional əməkdaşlıq modeli isə bölgənin rifahı və daha parlaq gələcəyinin təminatçısı ola bilər".
Politoloq ABŞ dövlət katibinin telefon danışığındakı yanaşmalarına münasibət bildirib. Tofiq Abbasov Blinkenin telefon danışığı zamanı səsləndirdiyi fikirləri obyektiv hesab etmir:

"ABŞ dövlət katibi Bakıda həbsdə saxlanılan erməniləri hərbi əsir kimi təqdim etməyə çalışır. Ancaq fak faktlığında qalır ki, bu gün saxlanılan həmin şəxslər separatçı rejimin əli qanlı başçıları, avantürist dövlət naziridir. Bu şəxslər Azərbaycan qanununvericliyinə pozan hərəkətlərə yol veriblər və buna görə də qanun qarşısında cavab verməlidirlər. Həmin şəxslər müharibə cinayətləri törədib. Mülki vətəndaşları qətlə yetirib, insanların əmlakkını talan ediblər. Bu baxımdan həmin şəxslərin mühakimə olunması ədalətlidir. Hesab edirəm ki, Aö Ev təmsilçisi nəyin nə olması ilə bağlı korrekt danışmalıdır".

Politoloq qeyd edib ki, Azərbaycan beynəlxalq inteqrasiyaya çox böyük fayda verir: "Bu məsələlərdə ABŞ siyasi elitasının aparıcı simaları gərək konsturktiv ruhda məsələləri qiymətləndirsinlər, danışıqlarında bir qdər diqqətli olsunlar. onlar qeyri-demokratik yanaşmaları ilə göstərirlər ki, beynəlxalq normaları pozan elə bunların özləridir. Qərbin özünün tarixi bir yekəxanalığıdır. Onlar özlərini üstün aparırlar və hesab edirlər ki, qeyyri-qərb dövlətləri və xalqları onlardan aşağıdır, onlara borcludur. Azərbaycan və digər dövltələr Qərəbə faydalı olanda bunlar hesab edirlər ki, bu bizim borcumuzdur. Xeyr bu, bizim borcumuz deyil. Azərbaycan prezidenti hər zaman deyir ki, əgər biz əməkdaşlıq danışırıqsa, gərək bərbarərhüquqlu münasibətlər quraq.
"Lazım gələrsə, Azərbaycanın əks tədbirlər görmək imkanı var. Biz bunu Fransaya münasibətdə gördük. Bu Avropa ölkəsi bölgəmizdə eskalasiya proseslərini gündəmə gətirməyə çalışır, beynəxlaql platformalarda ölkəmiz haqqında hədyanlar yağdırr. Azərbaycan bu münasibətin cavabını zamanında verdi. Həm casus şəbəkələrinin ifşası, diplomatlarının ölkədən qovulması atılan addımların bir qismi idi. Azərbaycan bu addımları atmaqla göstərdi ki, o zöünə qarşı bu cür mnüasibətə dözə bilməz. Bizim dövlət olaraq hüquqlarımız ə gözləntilərimiz varş Beynəxlaq münasibətləri qurulmasınd abiz faydalı iştirakçılıqla təmsil olunur. Bu gün Qərbin davranışıları isə arzuolunan deyil", - Abbasov fikirlərini yekunlaşdırıb.
Xəbər lenti
0