Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Azərbaycan-Çin əməkdaşlığı Cənubi Qafqaza nə vəd edir?

© AFP 2023 / HECTOR RETAMALÇin
Çin  - Sputnik Azərbaycan, 1920, 30.04.2024
Abunə olmaq
Azərbaycan Çinlə müqayisə edilməyəcək qədər kiçik ölkə olsa da, Cənubi Qafqazda və təmsil olunduğu təşkilatlarda nüfuzu baxımından Çin üçün maraqlı strateji tərəfdaşa çevrilib.
BAKI, 30 aprel — Sputnik. Son dövrlər Azərbaycan-Çin münasibətlərində artan dinamika müşahidə edilir. Gəlin son 10 gün ərzində baş verənlərə nəzər salaq. Əvvəlcə ondan başlayaq ki, aprelin 22-də Bakıda "Azərbaycan-Çin Münasibətlərinin Yenidən Qiymətləndirilməsi: İrəliyə Doğru Yol" mövzusunda tədbir keçirildi. Bu tədbirdə toxunulan mövzular və çıxış edənlərin fikirləri Azərbaycan-Çin münasibətlərinin strateji məqamları ilə bağlı maraqlı nüansları açıqlayırdı. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov həmin tədbirdəki çıxışı zamanı bildirir ki, Azərbaycan Çinin "Bir kəmər, bir yol" layihəsini dəstəkləyir. Azərbaycanda inkişaf edən nəqliyyat habı da bu layihəyə öz töhfəsini verəcək:
© Sputnik / Murad OrudjevXarici İşlər Nazirliyinin (XİN) xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov
Заседание Российско-Азербайджанского экспертного совета - Sputnik Azərbaycan, 1920, 30.04.2024
Xarici İşlər Nazirliyinin (XİN) xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov
"İstər bərpa olunan enerji sektorunda əməkdaşlığı inkişaf etdirmək üçün 2023-cü ildə Memorandumun imzalanması, istərsə də Çinin "Dongfang" şirkəti ilə Azərbaycanda 230 MVt gücündə "Qaradağ" günəş elektrik stansiyasının tikintisində əməkdaşlığımız və ya "Gezhouba Group" ilə tərəfdaşlıq – bu layihələrin hamısı indi və gələcəkdə qarşılıqlı maraqlarımızdan faydalanmağa yönəlib".
Aprelin 29-da isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri Yan Vanmini qəbul edib.
Nəqliyyat sahəsində çox fəal birgə işlərin aparıldığını deyən Prezident İlham Əliyev bu baxımdan Transxəzər nəqliyyat dəhlizinin Orta Dəhlizin bir hissəsi olduğunu vurğulayıb. Dövlət başçısı sərmayə qoyuluşu nöqteyi-nəzərindən yaxşı irəliləyişin olduğunu deyib. Belə ki, Çin şirkətləri Azərbaycana daha böyük həcmdə sərmayə qoyur.
© Official website of President of Azerbaijan RepublicAzərbaycan Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpin, arxiv
Президент Азербайджана Ильхам Алиев и Председатель Китайской Народной Республики Си Цзиньпин, фото из архива - Sputnik Azərbaycan, 1920, 30.04.2024
Azərbaycan Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpin, arxiv
Azərbaycan Çinlə müqayisə edilməyəcək qədər kiçik ölkə olsa da, Cənubi Qafqazda və təmsil olunduğu təşkilatlarda nüfuzu baxımından Çin üçün maraqlı strateji tərəfdaşa çevrilib. Azərbaycan Çinlə iqtisadi bağlarını gücləndirir. Bu ölkənin qlobal təşəbbüslərinin önəmli bir hissəsinə çevrilir.
Azərbaycan Çinin "Bir kəmər bir yol" layihəsinin iştirakçı ölkələrindən biridir. Çin bu iqtisadi layihənin keçəcəyi bölgələrdə stabilliyin təmin olunmasında maraqlıdır. Rəsmi Bakı və Pekin arasında güclənən iqtisadi bağlar siyasi müstəvidə özünü daha aydın göstərir. Azərbaycan Çində 5 ticarət evi açıb. Ötən il ticarət dövriyyəsində rekord, 43 faiz artım qeydə alınaraq, 3,1 milyard ABŞ dolları təşkil edib.
Şərq ölkəsinin dünyanın mərkəzinə çevrilməsi qarşısı alınmaz reallığa çevrilib. Artıq təkcə ölkələr deyil, həm də qitələrin tərəflərini seçməli olduğu bir dünyada Çinin artan nüfuzu qlobal güc mərkəzlərini narahat etməyə bilməz.
Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi Cənubi Qafqazda sabitliyin qurulmasında maraqlı olan Çin üçün əlverişli imkanlar yaradır. Çinin iqtisadi mövcudluğunun genişlənməsi ona qarşı olan qüvvələri bu ölkənin təmsil olunduğu bütün regionlarda aktivləşdirib. Biz bunu Cənubi Qafqazda nümunəsində də görə bilərik.
Əvvəl də qeyd etdiyimiz kimi Çin iqtisadi və qlobal maraqları üçüb regional sabitliyin tərəfdarı olsa da, onun əzəli rəqibləri buna o qədər də həvəsli deyillər. Çinin əzəli rəqibi Hindistanın Cənubi Qafqaza yönəlmiş artan hərbi ixracı müəyyən ekspert dairələrində Azərbaycan-Pakistan hərbi-siyasi müttəfiqliyinə qarşı atılmış addımlar kimi qiymətləndirilsə də, burada Çin amili gözardı edilə bilməzdi.
Azərbaycan işğaldan azad edilmiş ərazilərdə xarici investisiyanın fəaliyyətini təşviq edir. Rəsmi Bakı Çin şirkətlərinin prosesdə iştirakında maraqlıdır. Bölgədə kapital mühitinin zənginliyi həm də sabitliyin təminatçısı ola bilər.
© AP Photo / Ng Han GuanÇin
Охранники стоят возле китайского национального флага  - Sputnik Azərbaycan, 1920, 30.04.2024
Çin
Qeyd edilməlidir ki, Şərq-Qərb nəqliyyat dəhlizi layihəsini şərtləndirən məqamlar Cənubi Qafqazın logistik əhəmiyyətini aktuallaşdırır. Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin dinamik fəaliyyəti üçün infrastruktur quruculuğunda önəmli addımlar atıb. Orta koridor Çin-Azərbaycan münasibətlərinin inkişafında, iki ölkə arasında ticarət dövriyyəsinin artmasında da özünü göstərməkdədir. Bunun nəticəsidir ki, bu gün Çin Rusiyadan sonra Azərbaycanın dörd ən böyük ticarət tərəfdaşından biridir.
Ekspertlər qeyd edirlər ki, 5400 km-lik Şərq-Qərb nəqliyyat dəhlizi boyunca orta tranzit müddəti 15 gündür. Ənənəvi dəniz yolu ilə müqayisədə isə bu marşurtla yükləri Çindən Avropaya 3 dəfə daha az müddətə çatdırmaq mümkündür.
Azərbaycan eyni zamanda yaşıl enerji ixracatında yeni hədəflər müəyyən edib. Bu prosesdə Çinin iştirakı isə böyük imkanlar yaradır. Hər kəsə bəllidir ki, Çin yaşıl enerji istehsalı üçün malik olduğu infrastrutura görə dünya lideridir. Azərbaycan isə alternativ enerji mənbəlrəinin səmərəli istifadəsi üçün Çinlə əməkdşalığa maraq göstərir.
Ötən il iyunun 1-də Energetika Nazirliyi ilə Çinin "China Gezhouba Group Overseas Investment" şirkəti arasında Azərbaycanda 2 qiqavat gücündə bərpaolunan enerji layihələrinin həyata keçirilməsinə dair Anlaşma Memorandumu imzalanıb. İmzalanmış memorandum Azərbaycanda sənaye miqyaslı günəş enerjisi, quruda və dənizdə külək enerjisi, enerji saxlama və inteqrasiya olunmuş ağıllı enerji sistemləri, həmçinin yaşıl hidrogen istehsalı layihələrinə investisiya qoyuluşu üçün potensialın qiymətləndirilməsi üzrə əməkdaşlığı ehtiva edir. Sənəd, həmçinin şirkət tərəfindən layihələrin şəbəkəyə qoşulma imkanlarının tədqiqi, ətraf mühitə təsirin qiymətləndirilməsi, geoloji və topoqrafik tədqiqatların aparılmasını nəzərdə tutur.
Xatırladaq ki, 230 meqavat gücündə "Qaradağ" Günəş Elektrik Stansiyasının inşasında və 2025-ci ildə Mingəçevir şəhərində fəaliyyətə başlayacaq müstəqillik dövrünün ən böyük - 1280 meqavat gücündəki İstilik Elektrik Stansiyasının tikintisində Çinin "Dongfang" şirkətinin iştirak edir.
Bütün bu göstəricilərə nəzərə saldıqda aydın olur ki, Çin Cənubi Qafqazda boşa kürək çəkmir. Cənubi Qafqaz rəsmi Pekinin qlobal hədəflərinin dairəsindən kənarda qala bilməzdi. Təbii ki, qlobal gücün lokomatici olan iqtisadi genişlənmə bu prosesin tərkib hissəsi hesab edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Prezident İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda - Sputnik Azərbaycan, 1920, 29.04.2024
SİYASƏT
İlham Əliyev Bakıda səfərdə olan Yan Vanmini qəbul edib
Xəbər lenti
0