Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Azərbaycan Aİİ ölkələrinə fındıq ləpəsi ixrac edir

Abunə olmaq
Bu ilin ilk iki ayında Azərbaycanın cəmi fındıq ləpəsi ixracının 65%-i Rusiyanın payına düşüb. Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinə fındıq ixracı ilə bağlı ətraflı məlumat Sputnik Azərbaycan-ın infoqrafikasında.
Azərbaycan 2024-cü ilin yanvar-fevral aylarında Rusiyaya 2359 ton fındıq ləpəsi ixrac edib. Bu müddət ərzində Belarusa tədarüklər altı ton təşkil edib.
Bu ilin ilk iki ayında Azərbaycanın cəmi fındıq ləpəsi ixracının 65%-i Rusiyanın payına düşüb. 2023-cü ilin eyni dövrü ilə müqayisədə bu məhsulların qonşu ölkəyə tədarükü 6,3% artıb.
Qeyd edək ki, ötən il Azərbaycan Respublikasından fındıq ləpəsi ixracının 55,6%-i Rusiyanın payına düşüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0