Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Qərb bankları 2023-cü ildə Rusiyada dörd dəfə çox vergi ödəyiblər

© AFP 2023 / FABRICE COFFRINIBank yazısı
Bank yazısı - Sputnik Azərbaycan, 1920, 29.04.2024
Abunə olmaq
Avropa bankları tərəfindən vergilərin ödənilməsi Rusiyada qalan xarici şirkətlərin "Qərb sanksiyalarına baxmayaraq, maliyyə sabitliyini qoruyub saxlamağa" necə kömək etdiyinə bir nümunədir.
BAKI, 29 aprel — Sputnik. Rusiyada fəaliyyətini davam etdirən ən böyük Avropa bankları 2023-cü ildə ölkədə 800 milyon avrodan çox vergi ödəyiblər ki, bu da Ukraynada xüsusi hərbi əməliyyatın başlamazdan əvvəlkindən dörd dəfə çoxdur.
"Financial Times" bu barədə yazıb.
Avropanın "Raiffeisen Bank International", "Unicredit", "ING, Commerzbank", "Deutsche Bank", "Intesa Sanpaolo" və "OTP" bankları 2023-cü ildə ümumi mənfəətinin üç milyard avrodan çox olduğunu bildiriblər ki, bu da 2021-ci illə müqayisədə üç dəfə çoxdur. Gəlirin bu sıçrayışı nəticəsində banklar 2021-ci ildəki 200 milyon avro ilə müqayisədə daha çox - 800 milyon avroya yaxın vergi ödəyiblər. Eyni zamanda, 2023-cü ildə vergi ödənişlərinin yarıdan çoxu Avstriyanın "Raiffeisen Bank International"ın payına düşüb.
Nəşr qeyd edib ki, Avropa bankları tərəfindən vergilərin ödənilməsi Rusiyada qalan xarici şirkətlərin "Qərb sanksiyalarına baxmayaraq, maliyyə sabitliyini qoruyub saxlamağa" necə kömək etdiyinə bir nümunədir.
Bundan əvvəl Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov bildirmişdi ki, Vaşinqton çoxsaylı anti-Rusiya sanksiyalarının əsl niyyətini gizlətməyi dayandırıb. Diplomat bu yolla Ağ Ev nümayəndələrinin Rusiyanın enerji sektoruna təzyiqləri artırmaq niyyəti ilə bağlı açıqlamalarına cavab verib.
Xəbər lenti
0