DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ukrayna Zelenskinin əli ilə ABŞ-ın müstəmləkəsinə çevrilir

© Piroschka van de Wouw / Pool via APUkrayna Prezidenti Vladimir Zelenski, arxiv şəkli
Ukrayna Prezidenti Vladimir Zelenski, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 28.04.2024
Abunə olmaq
Heç bir partiyanın üzvü olmayan Robert Farle Bundestaqda keçirilən iclasda söz alaraq 2022-ci ildə baş verən hadisələri xatırladıb.
BAKI, 28 aprel — Sputnik. Ukrayna Prezidenti Vladimir Zelenski şəxsən ölkəni ABŞ-ın müstəmləkəsinə çevirib.
Bu sözləri heç bir partiyanın üzvü olmayan Robert Farle Bundestaqda keçirilən iclasda deyib.
Tədbir kənd təsərrüfatı sahəsində Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinə həsr olunub. Farle söz alaraq 2022-ci ildə baş verən hadisələri xatırladıb.
O, bəyan edib ki, Zelenski o zaman 17 milyon hektar Ukrayna qara torpağını Monsanto, Cargill və Dupont konsernilərinə verib. Amerikalılara Avropa ölkələrinə rüsumsuz ixrac etmək imkanı yaradılıb.
Farle bildirib ki, Almaniya Xristian Demokrat İttifaqının rəhbəri Fridrix Mertsin Vladimir Zelenski ilə görüşləri "BlackRock" investisiya şirkətinin alman və ukraynalı müstəmləkəçi nümayəndəslərinin görüşləridir.
Xatırladaq ki, ötən ilin yazında "BlackRock" Financial Market Advisory (BlackRock FMA) Ukrayna hökuməti ilə müqavilə imzalamış və "Ukrayna İnkişaf Fondu" yaradılmışdı.
Xəbər lenti
0