DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Qafqazda Rusiyanın maraqlarını pozmaq cəhdləri Ermənistan üçün fəlakət olar - erməni səfir

© Sputnik / StringerKTMT gerbi
KTMT gerbi - Sputnik Azərbaycan, 1920, 28.04.2024
Abunə olmaq
Erməni diplomat vurğulayıb ki, yalnız xəyalpərəstlər Ermənistanın regionda Rusiyanın maraqlarını pozmağa cəhd edərək intihar addımı atacağını düşünə bilərlər.
BAKI, 28 aprel - Sputnik. Ermənistanın Rusiya ilə dərin tarixi əlaqələri var, bu baxımdan RF-in Qafqazda maraqlarını pozmaq cəhdləri fəlakətlidir.
Bunu Ermənistanın Belçikadakı səfiri və Ermənistanın Avropa İttifaqındakı (Aİ) nümayəndəliyinin rəhbəri Tiqran Balayan ABŞ-nin “Politico” qəzetinə müsahibəsində deyib.
“Ermənistanın coğrafiyası, Rusiya ilə tarixi və praktiki əlaqələri elədir ki, yalnız xəyalpərəstlər Ermənistanın regionda Rusiyanın maraqlarını pozmağa cəhd edərək intihar addımı atacağını düşünə bilərlər” – Balayan deyib.
Diplomat vurğulayıb ki, Ermənistanın Aİ ilə sıx əlaqələri Rusiya ilə isti ikitərəfli münasibətləri istisna etmir və “biz bunu rusiyalı həmkarlarımıza izah etmək istəyirik”.
Xəbər lenti
0