CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 27 aprel – FOTO

© Sputnik / Elnur Salayev27 апреля
27 апреля - Sputnik Azərbaycan, 1920, 27.04.2024
Abunə olmaq
Bu gün dünyada və ölkədə müxtəlif illərdə hansı hadisələr baş verib - Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 26 aprel — Sputnik. Aprelin 27-də bir çox dünya şöhrətli aktyorlar, elm adamları, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gün də tarixə düşən hadisələr baş verib.
Aprelin 27-də kimlər dünyaya gəlib?
Emin Mahmudov (1992) - azərbaycanlı futbolçu, "Neftçi" klubunun və Azərbaycan milli futbol komandasının kapitanı və yarımmüdafiəçidir.
© Sputnik / Murad OrujovEmin Mahmudov
Матч второго квалификационного раунда Лиги Европы между азербайджанским Нефтчи и турецким клубом Галатасарай - Sputnik Azərbaycan, 1920, 26.04.2024
Emin Mahmudov
Samuel Morze (1791-1872) - amerikalı ixtiraçı və rəssamdır. Onun ən məşhur ixtirası elektromaqnit yazı teleqrafı (Morze aparatı, 1836) və Morze şifrəsidir (əlifba). O, Nyu-Yorkda Milli Dizayn Akademiyasının yaradıcılarından biri və ilk prezidentidir (1826-1845).
© AFP 2023 / FRANCOIS GUILLOTSamuel Morze tərəfindən hazırlanan teleqraf
Samuel Morze tərəfindən hazırlanan teleqraf - Sputnik Azərbaycan, 1920, 26.04.2024
Samuel Morze tərəfindən hazırlanan teleqraf
Yevgeni Morqunov (1927-1999) - Sovet və Rusiya teatr və kino aktyoru, kinorejissoru, RSFSR-in əməkdar artistidir. O, "Köpək Barbos və qeyri-adi qaçış", "Araq çəkənlər", "I" əməliyyatı və Şurikin digər macəraları", "Qafqaz əsiri və ya Şurikin yeni macəraları" filmlərində rol alıb.
© SputnikYevgeni Morqunov
Yevgeni Morqunov - Sputnik Azərbaycan, 1920, 26.04.2024
Yevgeni Morqunov
Nina Ponomaryova (1929-2016) - Sovet disk atıcısı, iki qat Olimpiya çempionu (1952 və 1960), SSRİ səkkiz qat çempionu və dünya rekordçusudur. O, SSRİ tarixində ilk olimpiya çempionudur.
© Sputnik / Леонид ДоренскийNina Ponomaryova
Nina Ponomaryova - Sputnik Azərbaycan, 1920, 26.04.2024
Nina Ponomaryova
Stas Mixaylov (1969) - Rusiyanın estrada müğənnisi və RF əməkdar artistidir. O, "İlin sənətçisi" nominasiyasında "İlin şanson müğənnisi", "Qızıl qrammofon" mükafatlarının və "İlin mahnısı" festivalının çoxsaylı qalibi və laureatıdır.
© Sputnik / Yekaterina Chesnokova / Mediabanka keçidStas Mixaylov
Певец Стас Михайлов на международном музыкальном фестивале ЖАРА в Баку - Sputnik Azərbaycan, 1920, 26.04.2024
Stas Mixaylov
Aprelin 27-də dünyada baş verən tarixi hadisələr
1828-ci ildə London Zooparkının əsası qoyulub. Bu park dünyanın ilk və ən qədim zooparkıdır. Əvvəlcə heyvanların kolleksiyasının elmi tədqiqatlar üçün istifadə edilməsi nəzərdə tutulub, lakin 1847-ci ildə park ziyarətçilər üçün açılıb.
1865-ci ildə ABŞ-da, Memfis yaxınlığındakı Missisipi çayında bəşər tarixində ən böyük gəmi qəzası baş verib. "Sultana" paroxodu qazan partlayışından sonra batıb. Bu paroxod ABŞ-ın cənubundan əsirlikdən azad edilmiş şimal əsgərlərini daşıyb. Fəlakət nəticəsində 1653 nəfər həlak olub.
1965-ci ildə ABŞ-da "Pampers" brendi altında birdəfəlik uşaq bezləri patentləşdirilib. İlk uşaq bezinin "atası" amerikalı kimyaçı, üç nəvənin babası Viktor Millz olub.
1975-ci ildə "Formula 1" yarışında tarixdə ilk və sonuncu dəfə qadın xal toplayıb.
1992-ci ildə Böyük Britaniya İcmalar Palatasının 700 illik tarixində ilk dəfə olaraq qadın - Betti Butroyd spiker seçilib.
Xəbər lenti
0