Azərbaycan hərbçiləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.11.2021
Azərbaycan-Ermənistan sərhədində vəziyyət
Vətən müharibəsindən sonra üçtərəfli bəyanatın imzalanması rəğmən sərhəddə erməni təxribatları səngimək bilmir. Ermənistanla sərhəddə son hadisələr barədə Sputnik Azərbaycan-ın süjetində oxuyun.

Rusiya Bakı ilə İrəvan arasında təmasların davam etdirilməsinin tərəfdarıdır - Peskov

© iStock.com / Oleksandr FilonAzərbaycan və Ermənistan bayraqları, arxiv
Azərbaycan və Ermənistan bayraqları, arxiv - Sputnik Azərbaycan, 1920, 27.04.2024
Abunə olmaq
Ermənistan Müdafiə Nazirliyi hərbiçilərə xəbərdarlıq edib. Hərbçilərin siyasi proseslərə cəlb edilməsinə hər hansı cəhd proporsional hüquqi qiymət alacağı diqqətə çatdırılıb.
BAKI, 27 aprel - Sputnik. Rusiya Bakı ilə İrəvan arasında təmasların davam etdirilməsinin tərəfdarıdır. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
© Sputnik / Сергей Гунеев / Mediabanka keçidRusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, arxiv
Заместитель руководителя администрации президента РФ, пресс-секретарь президента РФ Дмитрий Песков на пресс-конференции президента РФ Владимира Путина  - Sputnik Azərbaycan, 1920, 27.04.2024
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, arxiv
Bir müddət əvvəl “Vətən üçün Tavuş” ictimai təşəbbüsü müqaviləli hərbçilərin Ermənistanla sərhəddə yerləşən Tavuş vilayətinin Kirants kəndində etiraz aksiyasına qatıldığını və iştirakçıların Azərbaycanla sərhədin delimitasiyası prosesini və bir sıra sərhəd ərazilərin Azərbaycan tərəfinə verilməsinin dayandırmasını tələb etdiyini bildirmişdi.
Ermənistan Müdafiə Nazirliyi bildirib ki, bununla bağlı hərbi polis lazımi tədbirlər görür.

“Bu barədə şərh vermək istəməzdik. Bilirsiniz ki, biz Bakı ilə İrəvan arasında təmasların davam etdirilməsinin tərəfdarıyıq. Biz hesab edirik ki, təmaslar ümumi gərginliyin azalması və sülh müqaviləsinin imzalanmasına tez nail olmaq üçün, gündəmdə olan bütün mübahisəli məsələlərin yekun həlli üçün lazımdır”, - Peskov jurnalistlərin aksiyaya müqaviləli hərbçilərin qoşulması ilə bağlı məlumatı şərh etməyi xahiş edərkən deyib.

Ermənistan İstintaq Komitəsi hərbçilərin Tavuşdakı aksiyalara qoşulmadığını bildirib.
Bildirilib ki, əslində 15 hərbçi vəziyyəti yerindəcə anlamaq üçün Voskepar-Kirants avtomobil yolunun bağlanan hissəsinə gedib.
“Qeyri-adi heç nə olmadığını görüb və qısa müddətdən sonra etirazçılardan uzaqlaşıblar”, - yoxlamadan sonra verilən açıqlamada deyilir.
Daha əvvəl Ermənistan Müdafiə Nazirliyi hərbiçilərə xəbərdarlıq edib. Hərbçilərin siyasi proseslərə cəlb edilməsinə hər hansı cəhd proporsional hüquqi qiymət alacağı diqqətə çatdırılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0