Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Nağıyev: "Azərbaycan müstəqil siyasət aparır, Qərbin xidmətinə ehtiyacı yoxdur"

Abunə olmaq
Ötən həftə Azərbaycan və Ermənistan münasibətlərində mühüm hadisələrlə yadda qalıb. Sülh sazişinin imzalanması və regionun təhlükəsizliyinin təmin edilməsi perspektivləri haqqında daha ətraflı videomuzda.
Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası prosesi başlamazdan əvvəl bəzi Qərb dövlətləri öz vasitəçilik "xidmətlərini" təklif etməyə çalışaraq müdaxilə ediblər.
Bunu Azərbaycan Respublikası Milli Məclisinin (parlament) deputatı Arzu Nağıyev Sputnik Azərbaycan-a açıqlamasında deyib.
"Bunun bariz nümunəsi Ermənistandan bölgədəki sabitliyi pozmaq üçün istifadə edən rəsmi Parisin hərəkətləridir", - deputat qeyd edib.
Nağıyev vurğulayıb ki, bu qüvvələr Rusiyanın Cənubi Qafqazda olmasını istəmirlər. O, hesab edir ki, onlar Ukraynadan Rusiya Federasiyasına qarşı istifadə ediblər, lakin planları tamamilə iflasa uğrayıb.
"Qərb Moldovada da eyni prosesləri başlatmağa başlayıb, indi də eyni planları Cənubi Qafqazda həyata keçirmək istəyir. Onlar həqiqətən Rusiya, Azərbaycan və Türkiyəyə qarşı soyuq müharibəyə başlayıblar", - deputat bildirib.
O, qeyd edib ki, Azərbaycanın müstəqil xarici və daxili siyasəti var və belə vasitəçilərə ehtiyac yoxdur.
"Sülh sazişinin imzalanmasına gəlincə, hər şey Azərbaycan və Ermənistan arasındakı sərhədin delimitasiyası və demarkasiyası ilə başlayırb. İrəvan Zəngəzur dəhlizinin Rusiya sərhədçiləri tərəfindən mühafizə olunmasını istəmir. Bu dəhliz hamı üçün faydalıdır, çünki burada böyük siyasət yoxdur. Zəngəzur dəhlizi açılmalıdır, başqa variant yoxdur", – Nağıyev fikrini yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0