Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan cüdoçusu Avropa çempionu olub

© Sputnik / Murad OrujovCüdoçular, arxiv
Cüdoçular, arxiv - Sputnik Azərbaycan, 1920, 26.04.2024
Abunə olmaq
Bu gün digər təmsilçilərimiz - Rəşid Məmmədəliyev (73 kq) və Zelim Tçkayev (81 kq) uğursuz çıxış ediblər.
BAKI, 26 aprel — Sputnik. Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatının qalibi olub.
“Report” xəbər verir ki, yarımfinalda Adil Osmanovu (Moldova) məğlub edən üçqat Avropa çempionu həlledici görüşdən də qələbə ilə ayrılıb.
H.Heydərov bu dəfə Danil Lavrentyevi (AIN) üstələyib. Millinin lideri bununla da Azərbaycan cüdosunun tarixinə 4 qat Avropa çempionu olan yeganə idmançı kimi düşüb.
Bu gün digər təmsilçilərimiz - Rəşid Məmmədəliyev (73 kq) və Zelim Tçkayev (81 kq) uğursuz çıxış ediblər.
Qeyd edək ki, yarışın ilk günündə Balabəy Ağayev (60 kq) gümüş medala yiyələnib.
***
Azərbaycanın daha üç cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında bu gün tatamiyə çıxacaq.
Yarışın ikinci günündə 73 kiloqram çəkidə Hidayət Heydərov Kestutis Vitkaskas (Litva) / İndrit Kalhac (Albaniya) görüşünün qalibi, Rəşid Məmmədəliyev Darko Topaloviç (Bosniya və Herseqovina) / Coşua Qrin (İrlandiya) görüşünün güclüsü ilə qarşılaşacaq.
81 kiloqramda isə Zelim Tçkayev Nace Herkoviç (Sloveniya) / Maksim Triqub (İrlandiya) cütünün qalibini sınağa çəkəcək.
Qeyd edək ki, yarışın ilk günündə Balabəy Ağayev (60 kiloqram) gümüş medalın sahibi olub. Aprelin 27-dək davam edəcək Avropa çempionatında Azərbaycanı ümumilikdə 13 cüdoçu təmsil edir.
Xəbər lenti
0