SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ermənistan Təbrizdə baş konsulluq açır

© AFP 2023 / ATTA KENARETəbriz şəhərinə mənzərə, arxiv
Təbriz şəhərinə  mənzərə, arxiv - Sputnik Azərbaycan, 1920, 25.04.2024
Abunə olmaq
2023-cü il dekabrın sonunda Mirzoyanla birgə mətbuat konfransında Abdullahian İran tərəfinin Ermənistanın Baş Konsulluğunun açılmasına razılıq verdiyini xatırladıb.
BAKI, 25 aprel — Sputnik. Ermənistan Xarici İşlər Nazirliyi Təbrizdə baş konsulluq açacaq. Bu barədə qərar hökumətin cümə axşamı keçirilən iclasında qəbul edilib.
Xərclər smetası da təsdiq edilib. Baş konsulun maaşı 2565 dollar və ya Tehrandakı səfirin maaşının təxminən 5/6-i məbləğində təsdiq edilib.
İranla sərhədə yaxın Qafan şəhərində İranın Baş Konsulluğunun açılışı zamanı İran tərəfi ilə Təbrizdə Baş Konsulluğun açılması ilə bağlı razılıq əldə olunub. 2022-ci il oktyabrın 21-də Ermənistan və İranın xarici işlər nazirləri Ararat Mirzoyan və Hüseyn Əmir Abdullahian İranın Qafandakı Baş Konsulluğunun açılış mərasimində iştirak ediblər. Eyni zamanda onlar Ermənistanın Təbrizdə Baş Konsulluğunun açılacağını elan ediblər.
2023-cü il dekabrın sonunda Mirzoyanla birgə mətbuat konfransında Abdullahian İran tərəfinin Ermənistanın Baş Konsulluğunun açılmasına razılıq verdiyini xatırladıb və onun 2024-cü ilin əvvəlində açılacağına ümid etdiyini bildirib.
Xəbər lenti
0