SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Bakı ilə yaxşı əlaqələrimiz var, amma... - Hindistan XİN-dən silah ixracına münasibət

© AFP 2023 / PUNIT PARANJPEHindistan
Hindistan - Sputnik Azərbaycan, 1920, 25.04.2024
Abunə olmaq
Hindistanın ANI agentliyinin məlumatına görə, Ermənistan Hindistandan ümumilikdə 600 milyon dollar dəyərində 15 ədəd "Akaş" hava hücumundan müdafiə sistemi alıb.
BAKI, 25 aprel — Sputnik. Hindistanın Bakı və İrəvanla yaxşı əlaqələri var, lakin Yeni Delhini müdafiə sahəsində ixracın təşviqi maraqlandırır.
Bunu Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randxir Caysval Hindistanın Ermənistana silah tədarükü məsələsinə münasibət bildirərkən deyib.
"Bizim həm Azərbaycan, həm də Ermənistanla çox yaxşı münasibətlərimiz var, lakin Hindistan müdafiə ixracını təşviq etmək siyasəti də yürüdür", - o vurğulayıb.
Xatırladaq ki, Hindistanın ANI agentliyinin məlumatına görə, Ermənistan Hindistandan ümumilikdə 600 milyon dollar dəyərində 15 ədəd "Akaş" hava hücumundan müdafiə sistemi alıb.
Xəbər lenti
0