https://sputnik.az/20240425/azerbaycan-ordusunda-komanda-qerargah-telimleri-kecirilir-464158346.html
Zakir Həsənov Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimlərini şəxsən izləyib
Zakir Həsənov Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimlərini şəxsən izləyib
Sputnik Azərbaycan
Təlimlərə cəlb edilən hərbi hissələrin bölmələri həyəcan siqnalı ilə daimi dislokasiya məntəqələrini tərk edərək cəmləşmə rayonlarında tərtibləniblər. 25.04.2024, Sputnik Azərbaycan
2024-04-25T11:38+0400
2024-04-25T11:38+0400
2024-04-25T12:01+0400
təlim
hərbi
zakir həsənov
müdafiə naziri zakir həsənov
hərbi təlim
hərbi təlimlər
azərbaycan ordusunun genişmiqyaslı hərbi təlimləri
https://cdnn1.img.sputnik.az/img/07e8/04/19/464158181_0:89:1000:652_1920x0_80_0_0_4b8039a3151e4389240928ce91e0762e.jpg
BAKI, 25 aprel — Sputnik. 2024-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunda hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanması məqsədilə keçirilən təlimlər davam etdirilir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Təlimlərə cəlb edilən hərbi hissələrin bölmələri həyəcan siqnalı ilə daimi dislokasiya məntəqələrini tərk edərək cəmləşmə rayonlarında tərtibləniblər. Müdafiə Nazirliyinin rəhbər heyəti ümumqoşun təlim mərkəzlərində keçirilən komanda-qərargah təlimlərinin gedişatını izləyib. Səhra şəraitində açılan komanda idarəetmə məntəqəsinə gələn general-polkovnik Z.Həsənov əməliyyatların aparılması zamanı komandir və qərargah zabitlərinin xəritə üzərində qəbul edilən qərarlara dair məruzələrini dinləyib. Bildirilib ki, keçirilən təlimdə əsas diqqət komandir heyətinin çevik qərar qəbuletmə bacarıqlarının, qərargahların qarşılıqlı fəaliyyətinin, eləcə də onların mürəkkəb şəraitlərdə döyüş tapşırıqlarını idarəetmə qabiliyyətlərinin daha da təkmilləşdirilməsinə yönəldilib. General-polkovnik Z.Həsənov təlimin gedişatını müsbət qiymətləndirib və döyüş hazırlığı tədbirlərinin müasir döyüş aparma üsulları nəzərə alınmaqla, daha keyfiyyətli keçirilməsi ilə bağlı aidiyyəti üzrə vəzifəli şəxslərə müvafiq tapşırıqlar verib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/04/19/464158181_111:0:1000:667_1920x0_80_0_0_d8cae539d1ce53a964cc58060443a247.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
təlim, zakir həsənov, müdafiə naziri zakir həsənov, hərbi təlim, hərbi təlimlər, azərbaycan ordusunun genişmiqyaslı hərbi təlimləri
təlim, zakir həsənov, müdafiə naziri zakir həsənov, hərbi təlim, hərbi təlimlər, azərbaycan ordusunun genişmiqyaslı hərbi təlimləri
Zakir Həsənov Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimlərini şəxsən izləyib
11:38 25.04.2024 (Yenilənib: 12:01 25.04.2024) Təlimlərə cəlb edilən hərbi hissələrin bölmələri həyəcan siqnalı ilə daimi dislokasiya məntəqələrini tərk edərək cəmləşmə rayonlarında tərtibləniblər.
BAKI, 25 aprel — Sputnik. 2024-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunda hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanması məqsədilə keçirilən təlimlər davam etdirilir.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Təlimlərə cəlb edilən hərbi hissələrin bölmələri həyəcan siqnalı ilə daimi dislokasiya məntəqələrini tərk edərək cəmləşmə rayonlarında tərtibləniblər.
Müdafiə Nazirliyinin rəhbər heyəti ümumqoşun təlim mərkəzlərində keçirilən komanda-qərargah təlimlərinin gedişatını izləyib.
Səhra şəraitində açılan komanda idarəetmə məntəqəsinə gələn general-polkovnik Z.Həsənov əməliyyatların aparılması zamanı komandir və qərargah zabitlərinin xəritə üzərində qəbul edilən qərarlara dair məruzələrini dinləyib.
Bildirilib ki, keçirilən təlimdə əsas diqqət komandir heyətinin çevik qərar qəbuletmə bacarıqlarının, qərargahların qarşılıqlı fəaliyyətinin, eləcə də onların mürəkkəb şəraitlərdə döyüş tapşırıqlarını idarəetmə qabiliyyətlərinin daha da təkmilləşdirilməsinə yönəldilib.
General-polkovnik Z.Həsənov təlimin gedişatını müsbət qiymətləndirib və döyüş hazırlığı tədbirlərinin müasir döyüş aparma üsulları nəzərə alınmaqla, daha keyfiyyətli keçirilməsi ilə bağlı aidiyyəti üzrə vəzifəli şəxslərə müvafiq tapşırıqlar verib.