SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Milli Məclis bu ölkə ilə viza tələbinin ləğvinə razılıq verib

© Sputnik / Murad OrujovMilli Məclis
Milli Məclis - Sputnik Azərbaycan, 1920, 23.04.2024
Abunə olmaq
"Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlarına malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında Saziş" imzalanıb.
BAKI, 23 aprel — Sputnik. Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin aradan qaldırılmasına razılıq verib.
Bununla bağlı "Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında Saziş"in təsdiq edilməsi barədə qanun layihəsi parlamentin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.
Martın 1-də Albaniya Respublikasının Baş naziri Edi Ramanın Azərbaycana işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Fariz Rzayev və Albaniya Respublikasının xarici işlər nazirinin müavini Besart Kadia arasında görüş keçirilib.
Görüşün sonunda "Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlarına malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında Saziş" imzalanıb.
Xəbər lenti
0