Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda təkrar emal ildə 850 min ağacın kəsilməsinin qarşısını alır

© Sputnik / Ibrahim HashimovKəsilmiş ağaclar, arxiv
Kəsilmiş ağaclar, arxiv - Sputnik Azərbaycan, 1920, 23.04.2024
Abunə olmaq
BAKI, 23 aprel — Sputnik. “Ölkəmizdə adambaşına formalaşan gündəlik tullantı çəkisi 0,97 kiloqramdır. Bu il ərzində 350 kq tullantı deməkdir. Azərbaycanda tullantıların təkrar emal faizi,14,4 faizdir”.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu bu gün jurnalistlərə açıqlamasında Azərbaycan Kağızın Təkrar Emalı Fabrikinin müdiri Əli Məmmədov bildirib.
O, deyib ki, fabrikin illik istehsal gücü 50 000 tondur. Onun sözlərinə görə, təkrar emal ildə 850 min ağacın kəsilməsinin qarşısını alır.
“Yəni, 620 mln m3 karbon qazının ətrafa atılmasının qarşısını alınır. Bununla 2 mln m3 suya da qənaət edilir. 120 000 m3 poliqon sahənin tutulmasının, 87 min ton maye yanacağın qarşısı təkrar emal sayəsində alınır”, - Məmmədov bildirib.
Fabrik rəhbəri onu da əlavə edib ki, müəssisənin 10 illik fəaliyyət nəticəsində təxminən 8.5 milyon ağacın qorunmasına töhfə verilib.
Xəbər lenti
0